10 dekabr 2012 00:47
Super Liqa matçı yarıda qaldı
Futbol üzrə Türkiyə Super Liqasının 15-c turunun bir oyunu baş tutmayıb. Azerisport.az xəbər verir ki, “Akhisar Belediyespor” – “Antalyaspor” qarşılaşması təxirə salınıb.
Buna qardaş ölkəyə yağan güclü yağış səbəb olub. Belə ki, leysan qarşılaşmanın keçirildiyi arenanın qazonunu yararsız hala saldığından, Türkiyə Futbol Federasiyası qarşılaşmanın başqa tarixə keçirilməsinə qərar veriblər.
Maraq üçün bildirək ki, güclü yağışa rəğmən qarşılaşmanın startı da verilib. Amma matçın 16-cı dəqiqəsində baş hakim futbolçuları paltardəyişmə otağına yollamaq məcburiyyətində qalıb.
Qeyd edək ki, eyni səbəbdən PTT Birinci Liqanın son turunun “Karşıyaka” – “Kayseri Erciyesspor” matçı da təxirə salınıb.
