10 dekabr 2012 00:52
Vladimir Levin: Ümid edirəm ki, qış fasiləsindən sonra daha güclü olacağıq
“İnter”in kapitanı Vladimir Levin Topaz Premyer Liqasının 16-cı turunun AZAL-la oyunundan sonra azerisport.az saytının suallarını cavablandırıb.
- Komandanız yenə AZAL ilə oyunda qələbəyə həsrət qaldı...
- Bu komandalar arasındakı oyunlar həmişə gərgin mübarizə şəraitində keçir. Heç kim məğlub olmaq istəmirdi. Bu üzdən də komandalar ehtiyatlı oynamağa çalışırdılar. Nəticəni qanunauyğun hesab edirəm.
- Titullarına və ambisiyalarına görə “İnter” daha güclü olsa da, AZAL-dan ehtiyatlandığı göz qabağında idi...
- Biz bu komanda ilə ilk dəfə oynamırdıq. Onların güclü tərəflərini bilirik. Heç kimdən qorxmuruq. Sadəcə, ehtiyat həmişə lazımdı. Rəqibin hücum xəttində fərdi cəhətdən çox güclü futbolçular var. Ona görə də müdafiədə diqqətli oynamağa məcbur idik. Adətən, AZAL və “İnter” arasındakı görüşlərdən birdən artıq qol vurulmur.
- Deməli, bu oyunda əsas hədəfiniz uduzmamaq idi?
- Xeyr. Əsas hədəf qələbə qazanmaq idi. Amma uduzmaqdansa, heç-heçə etmək daha yaxşıdı. Hər halda bu oyundan nəticə çıxaracağıq və növbəti matçlara daha yaxşı hazırlaşacağıq. Qarşıda çətin oyunlarımız var.
- Xeyr. Əsas hədəf qələbə qazanmaq idi. Amma uduzmaqdansa, heç-heçə etmək daha yaxşıdı. Hər halda bu oyundan nəticə çıxaracağıq və növbəti matçlara daha yaxşı hazırlaşacağıq. Qarşıda çətin oyunlarımız var.
- Qarşıda “İnter”i “Kəpəz”lə oyun gözləyir. Ondan sonra isə iki dəfə “Neftçi” ilə görüşünüz var. Ardınca da “Bakı”, “Xəzər Lənkəran”, “Qəbələ” və “Qarabağ”la qarşılaşmalar gəlir...
- Sevindirici haldı ki, bu qədər çətin qarşılaşmaların əksəri gələn ilin fevral ayında baş tutacaq. Nəfəs almaq imkanımız olacaq. Həmin müddətdə daha yaxşı hazırlaşacağıq, möhkəmlənəcəyik. Ümid edirəm ki, daha güclü olacağıq.
- “İnter”ə güclənmək nə dərəcədə lazımdı?
- Bu sual daha çox baş məşqçiyə ünvanlanmalıdı. Keyfiyyətli güclənmə hər bir komandaya, həmişə lazımdı.
- Bu sual daha çox baş məşqçiyə ünvanlanmalıdı. Keyfiyyətli güclənmə hər bir komandaya, həmişə lazımdı.
- Xüsusilə də hücum xəttini gücləndirməyinizə daha çox ehtiyac var...
- Niyə? Hücum xəttimiz o qədər də zəif deyil. Düzdü, o qədər də çox qol vurmuruq. Amma nəticələrimiz yaxşıdı. Qol vəziyyətlərimiz də çox olur. Sadəcə, onlardan yararlanmaq lazımdı.
- Müdafiə xətti ilə müqayisədə hücum çox zəif təsir bağışlayır. Hamıdan az qol buraxsaz da, vurulan qolların sayına görə göstəriciniz o qədər də yaxşı deyil...
- Biz bütün komanda ilə müdafiə olunur, hücum edirik. Deməli, az qol vurmağımıza da bütün komanda cavabdehdi.
