9 dekabr 2012 13:36
Subaşiç Zaqatalada yubileyini qeyd edəcək
Topaz Premyer Liqasının XVI turunun “Simurq”la oyunu “Xəzər Lənkəran”ın futbolçusu Branimir Subaşiç üçün əlamətdar olacaq. Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasının milliləşən hücumçusu komandasının heyətində yubiley – 50-ci matçını keçirəcək.
Yubiley matçını Zaqatalada keçirəcək Branimir indiyədək 49 matçın iştirakçısı olub. O, 41 çempionat, 4 kubok və 4 avrokubok matçında çıxış edib. Bu qarşılaşmalarda 14 dəfə fərqlənən Subaşiç çempionatda 9, avrokuboklarda 3, kubokda 2 dəfə rəqib qapısına yol tapıb. Bu müddətdə hücumçu cəmi 2 dəfə sarı vərəqə ilə cəzalanıb.
Qeyd edək ki, Subaşiç 2011/12 mövsümündə XL-da debüt edib. Onun ilk matçı 2011-ci il avqustun 20-də “Turan”la ev oyunu olub. Start heyətində meydana çıxan əslən serb futbolçu 3:1 hesabı ilə başa çatan qarşılaşmada 86 dəqiqə meydanda olmuşdu və elə bu oyundaca dublunu rəsmiləşdirə bilmişdi.
