10 dekabr 2012 02:19
Xəzər Lənkəran Zaqataladan qələbə ilə qayıdacaq
Azerisport.az daha bir sorğusuna yekun vurub. “Sizcə, Topaz Premyer Liqasının 16-cı turunun “Simurq” – “Xəzər Lənkəran” matçı necə başa çatacaq” sualı ilə müraciət etdiyimiz oxucularımızın yekun rəyi ilə sizi də tanış edirik.
Sorğuya qatılanların əksəri “Xəzər Lənkəran”ın qalib gələcəyinə əmindilər. Bu varianta 51 faiz (171 səs) inanır.
“Simurq”un qələbə qazanacağını proqnozlaşdıranlar 29 faiz (98 səs) təşkil edir. Yerdə qalanlar isə qarşılaşmanın heç-heçə bitəcəyi qənaətindədi.
