10 dekabr 2012 02:24

Messi Müllerin rekodunu qırdı, Falkao şou göstərdi

İspaniya La Liqasının son turu "Barcelona"nın hücumçusu Lionel Messi, eləcə də “Atletico”nun forvardı Radamel Falkao üçün əlamətdar olub. Azerisport.az xəbər verir ki, hər iki futbolçu fərqli rekordlara imza atıb.
 
Messi Almaniya millisinin əfsanəvi futbolçusu Herd Müllerin rekordunu qırmaqla diqqət mərkəzinə düşüb. 25 yaşlı futbolçu bu rekorda "Betis"lə oyunda vurduğu iki qolla imza atıb. 2012-ci ildə meydana çıxdığı 66 oyunda 86 qol vuran Messi Mülleri geridə qoyub. Müller 1972-ci ildə keçirdiyi 60 oyunda 85 dəfə rəqib qapılarına yol tapmışdı. Lakin Müllerin rekordunu təzələyən argentinalı oyunçu bir il ərzində ən çox qol vuran futbolçu adına yiyələnib.
 
Qeyd edək ki, Messi bu rekordla da kifayətlənməyib. Belə ki, "Betis"lə görüşün ilk hissəsində dubla imza atmaqla qollarının sayını 192-yə çatdıran Messi "Barcelona"nın heyətində ən çox qol vuran futbolçu olub.
 
“Atletico” - “Deportivo” oyununda isə azarkeşlər Falkao-şou izləyiblər. O, komandasının 6:0 hesablı qələbəsi ilə başa çatan görüşdə beş qola imza atıb ki, bu da cari çempionatda rekord göstəricisidi.
 
Falkao bu qolları sayəsində həmçinin İspaniya La Liqasının bombardilik yarışında "Real"ın hücumçusu Ronaldonu geridə qoyaraq ikinci pilləyə yüksəlib. O, qollarının sayını 16-ya çatdırıb. Birinci yeri isə ehtiyatında 21 qolu olan "Barcelona"nın hücumçusu Lionel Messi tutur.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.