10 dekabr 2012 18:38
Karles Bakes: Komandam yaxşı oynadı
“Xəzər Lənkəran”ın baş məşqçisi Karles Bakes Topaz Premyer Liqasının 16-cı turunun “Simurq” ilə oyununu şərh edib. Azerisport.az xəbər verir ki, Lənkəran təmsilçisinin ispaniyalı çalışdırıcısı 2:2 hesabıyla başa çatan görüşdən sonra bunları dilə gətirib:
“Oyun çox çətin oldu, azarkeşlər maraqlı qarşılaşma izlədilər. İkinci topu qapımızdan buraxsaq da, komandamız yaxşı oynadı. Yekunda hesabı bərabərləşdirə bildik. “Simurq” klubuna qarşıdakı oyunlarda uğurlar arzulayıram”.
