10 dekabr 2012 18:41
Georgi Çixradze: İkinci qolu buraxmalı deyildik
“Simurq”un baş məşqçisi Georgi Çixradze Topaz Premyer Liqasının 16-cı turunun “Xəzər Lənkəran” ilə oyununu şərh edib. Azerisport.az xəbər verir ki, Zaqatala təmsilçisinin gürcü çalışdırıcısı 2:2 hesabıyla başa çatan görüşdən sonra bunları dilə gətirib:
“Oyun çox maraqlı keçdi. İkinci qolu qapımızdan buraxmalı deyildik. “Xəzər Lənkəran” güclü komandadır, gələcək oyunlarda uğurlar arzulayıram”.
