10 dekabr 2012 20:49
Böyükağa Hacıyev: Rəvan nə oynadı ki, nə də qələbə qazansın
“Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyev Topaz Premyer Liqasının 16-cı turunun “Rəvan” ilə oyununu şərh edib. Azerisport.az xəbər verir ki, paytaxt təmsilçisinin çalışdırıcısı 2:0 hesabıyla başa çatan görüşdən sonra bunları dilə gətirib:
“Futbol elmdir. Əgər bu prosesdə 5-6 prosedurdan keçirsənsə, bu, artıq oyun deyil. Elə rəqib var ki, asandır, elə rəqib də var ki, münasib deyil. “Rəvan” belə komandalardandır. Artıq Avroliqa macərası başa çatıb, hədəf Premyer Liqadır. Dekabrın sonuna kimi bütün oyunlarımızı qələbə ilə bitirmək istəyirik. “Rəvan” bu gün nə oynadı ki, nə də qələbə qazansın”.
