10 dekabr 2012 20:51
“Qapımıza vurulan qollar bizim səhvimiz idi”
“Rəvan”ın baş məşqçisi Kemal Alispahiç Topaz Premyer Liqasının 16-cı turunun “Neftçi” ilə oyununu şərh edib. Azerisport.az xəbər verir ki, paytaxt təmsilçisinin bosniyalı çalışdırıcısı 0:2 hesabıyla başa çatan görüşdən sonra bunları dilə gətirib:
“İlk yarım saatda komandam çox yaxşı oynadı. İkinci hissədə isə ruhdan düşdü. Qapımıza vurulan qollar bizim səhvimiz idi”.
