10 dekabr 2012 11:18
Rauf Əliyev: Azərbaycan çempionu olmaq istəyirəm
“Qarabağ”ın hücumçusu Rauf Əliyev azerisport.az saytının suallarını cavablandırıb.
- “Kəpəz”lə son oyunda komandanız üç qol vurdu. “Qarabağ” getdikcə özünə gəlir?
- Komandamız gündən-günə artırır. Amma mən üç qol vurmağı göstərici hesab etmirəm. Biz “Kəpəz”lə bu mövsüm daha iki oyun keçirmişdik. Həmin görüşlər daha pis qazona malik Gəncə şəhər stadionunda keçirilmişdi. Bu, bizə bacardığımız oyunu sərgiləməyə problem yaradırdı. Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən oyunda isə hər şey fərqli idi. Bax buna görə də üç qol vura bildik. Çoxdan idi belə məhsuldarlıq göstərmirdik.

- Hər halda müsbət nəticələr qazanmağı bacarırdınız...
- Qələbə qazanırıqsa, deməli, hər şey yaxşıdı. Bu mövsüm çempion olacağımıza inanırıq.
- Sona yaxınlaşan ildə sizi “Bakı” və “Xəzər Lənkəran”la da oyunlar gözləyir...
- İki çətin oyunumuz olacaq. Bu komandalardan heç birini bu mövsüm məğlub edə bilməmişik. “Xəzər Lənkəran”a uduzmuşuq, “Bakı” ilə heç-heçə oynamışıq. Ona görə də artıq qələbə qazanmaq vaxtıdı. Fasiləyə yaxşı əhval-ruhiyyədə getmək istəyirik.
- Növbəti rəqibiniz heç də yaxşı vəziyyətdə deyil...
- Turnir cədvəlindəki vəziyyəti “Bakı”nı risk etməyə məcbur edir. Ona görə də bizə çətin olacaq. Amma çalışacağıq ki, növbəti qələbəmizi qazanaq.
- Bu iki oyundan neçə xalla ayrılmaq istəyirsiz?
- Fikrimcə, dörd xal toplaya bilsək, pis olmaz. Bu, minimumdu. Amma təbii ki, altı xal yığmağa çalışacağıq. Onda 2013-cü ilə daha yaxşı əhval-ruhiyyədə yollanacağıq.

- Niyə əsas heyətdə yer almırsız? Bu, Berti Foqtsu da narahat edir...
- Qalib heyəti dəyişmirlər. Son iki oyunda start heyətdə yer almamışam. Foqts da həmin oyunları izlədiyindən istər-istəməz onda sual yaranır. Amma mən bunu problem etmirəm. İki oyunda fasilədən sonra meydana çıxmaqda ciddi heç nə görmürəm.

- Qış fasiləsində yenə başqa kluba keçidlə bağlı xəbərlərin mərkəzində olacaqsız?
- Bu, mümkündü. Amma mən artıq söhbətlərin olmasını istəmirəm. “Qarabağ”ın oyunu haqda düşünmək istəyirəm. Klubumla müqaviləm var. Bu komanda ilə Azərbaycan çempionu olmaq istəyirəm. Artıq söhbətlər çox pis təsir edir. Yəqin ki, klubda da elə bilirlər ki, mən tez bir zamanda getmək istəyirəm. Haqqımda bu qədər danışdıqları, yazdıqları üçün bunda təəccüblü heç nə yoxdu.