11 dekabr 2012 00:11

Topaz Premyer Liqasında üçhakimiyyətlilik!

Topaz Premyer Liqasında daha bir tura yekun vuruldu. Azerisport.az xəbər verir ki, bir qarşılaşması təxirə salınan hesabat turunun görüşləri dörd gün ərzində baş tutdu.

Qeyd edək ki, son oyun günündə baş tutmalı olan “Turan” – “Bakı” matçı təxirə salındı. Tovuz şəhər stadionunda baş verən yanğın cari mövsümün daha bir görüşünün sonrakı tarixə ertələnməsi ilə nəticələndi.

Baş tutan oyunlara gəlincə, turun açılışını “Qarabağ”la “Kəpəz” etdi. Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən oyunda Ağdam təmsilçisi proqnozlaşdırıldığı kimi Gəncə klubunun öhdəsindən asanlıqla gəldi. Oyunun taleyi elə ilk yarıda həll olundu. Hər iki halda gəncəlilərin müdafiə xəttinin süni ofsayd yaratmaq istəyi boşuna çıxdı. Əvvəlcə Almeyda, sonra Vaqif Cavadov bundan yararlandı. Fasilədən sonra vurulan növbəti qol isə qələbəyə şübhə yeri qoymadı.  "Kəpəz" yalnız son dəqiqədə təsəlli qolu vuraraq, növbəti böyükhesablı məğlubiyyətdən qaçdı. Bu matçda daha bir diqqətçəkən məqam hesab 2:0 olarkən, uzun ayrılıqdan sonra start heyətində meydana çıxan ağdamlıların kapitanı Rəşad Sadıqovun penaltini çox həvəssiz yerinə yetirməsi və Radoşun topu asanlıqlar dəf etməsi idi. Bu zəfər sayəsində Qurban Qurbanovun komandası turu birinci pillədə başa vurdu.

İkinci oyun günündə də bir görüş baş tutdu. Bu dəfə “Kəpəz” kimi autsayderlər qrupunda qərarlaşan “Sumqayıt” “Qəbələ”ni qəbul etdi. Amma qarşılaşma Bakıda keçirildiyindən demək olar ki, sumqayıtlılar özlərini heç də meydan sahibi kimi hiss etmədilər. Bunun məntiqi nəticəsi kimi, Ramiz Məmmədovun yetirmələri qələbə qazanmaqda çətinlik çəkmədi. Hətta fasilədən dərhal sonra bölgə təmsilçisinin uzun müddət azlıqda qalması da Bernard Raabın komandasının xal qazanmasına yardımçı olmadı. Beləcə, “Qəbələ” turnir cədvəlində dördüncü pillədəki mövqeyini möhkəmləndirdi.
 
Üçüncü oyun günündə azarkeşlər paytaxt derbisinə şahidlik etdilər. Amma “İnter”lə AZAL arasındakı qarşılaşma özü derbiyə layiq keçmədi. Hər iki komandanın ehtiyatlı oyuna üstünlük verdiyi görüş elə başladığı kimi də sona çatdı. Bu xal itkisi “bankirlər”ə zirvədə daha bir şərikin çıxmasıyla nəticələndi. AZAL isə ilk altılıqdan kənar olsa da, hələlik şansını qorumaqdadı.
 
Nəhayət, son oyun gününə iki görüş keçirildi. Turun daha prinsipial və maraqla gözlənilən matçı “Simurq”la “Xəzər Lənkəran” arasında keçirildi. Zaqataladakı matç çox baxımlı və maraqlı keçdi. Cari mövsümə fırtına kimi başlayan meydan sahibləri qələbəyə yaxın olsalar da, sonda 3 xalı əldən verdilər. Bir-birindən gözəl qollar vurulan oyunun 67-ci dəqiqəsində Marçin Burhard uzaq məsafədən güclü zərbəylə toru silkələyəndə artıq hər şeyin həll edildiyini düşünmək olardı. Çünki bu azmış kimi, lənkəranlılar sonuncu ümid foluna görə Ruslan Abışovun meydandan qovulması üzündən meydanda azlıqda idilər. Amma "Xəzər" standart vəziyyətlərdən yararlanıb, məğlubiyyətdən qaçmağa özündə güc tapdı. Əvvəlcə Elnur Abdullayev uzaq məsafədən cərimə zərbəsini dəqiq yerinə yetirdi. Əlavə vaxtın son saniyələrində isə avtoqol “Simurq”u qələbədən etdi.
 
Turun qapanış matçında da “Neftçi” “Rəvan”la üz-üzə gəldi. qələbə qazandı. Azərbaycan çempionu ilk dövrədə uduzduğu rəqibə bu dəfə tam ciddi yanaşdı və 8-ci ev oyununda 7-ci qələbəsini qazandı. Zədəsi üzündən komandanın kapitanı Rəşad Sadiqov meydana çıxmasa da, bu Böyükağa Hacıyevin yetirmələrinin oyununa təsir etmədi. Maraqlıdı ki, "Neftçi" cari mövsümdə heç-heçəyə razı olayan yeganə komanda olaraq qalır. Premyer Liqanın bombardiri Nikolas Kanales isə matçda ikinci qolu vurmaqla bombardirlər yarışında mövqeyini bir qədər də möhkəmləndirdi. "Ağ-qaralılar" isə hazırda turnir cədvəlində yalnız 5-ci olsa da, 3 oyun az keçiriblər və itirilmiş xallara görə liderdilər.
 
Topaz Premyer Liqası
16-cı tur
 
QARABAĞ – KƏPƏZ - 3:1 (2:0)
Qollar: R.Almeyda, 7 (1:0), V.Cavadov, 21 (2:0), Ə.İsmayılov, 89 (3:0), Y.Fomenko, 90+2 (3:1)
İstifadə olunmamış penalti: Rəşad Sadıqov, 30.
Sarı vərəqələr: Azər Məmmədov, 28 (kobud oyun); Bujamin Asani, 43 (sistematik qayda pozuntusu)
Qollar: Riçard Almeyda, 7; Vaqif Cavadov, 21; Əgfran İsmayılov, 89 - Yuri Fomenko, 90+2.
Hakimlər: Rauf Cababrov, Azər Əsgərov, İsgəndər Əliyev, Tahir Əhmədov.
AFFA nümayəndəsi: Oqtay Abdullayev.
Hakim-inspektor: Məlik Həsənov.
Artırılan vaxt: I hissədə - 1 dəq.; II hissədə - 2 dəq.
7 dekabr 2012. Bakı. T.Bəhramov adına Respublika stadionu. 250 tamaşaçı.
Qarabağ: 1. Fərhad Vəliyev, 2. Qara Qarayev, 7. Namiq Yusifov (6. Hacı Əhmədov, 80), 10. Muarem Muarem (9. Tural İsgəndərov, 86), 14. Rəşad Sadıqov (k), 18. İlqar Qurbanov, 20. Riçard Almeyda (11. Rauf Əliyev, 56), 22. Əfran İsmayılov, 24. Admir Teli, 25. Ansi Aqolli, 70. Vaqif Cavadov.
Ehtiyat oyunçular: 89. Miro Varvodiç, 5. Maksim Medvedev, 55. Bədavi Hüseynov, 88. Emin Mustafayev.
Baş məşqçi: Qurban Qurbanov.
Kəpəz: 1. İvan Radoş, 4. Azər Məmmədov (k), 6. Məhərrəm Hüseynov, 14. Elxan Əzizov (2. Nicat Məmmədov, 29), 15. Şahin Kərimov (19. Atin Abdullayev, 69), 17. Ceyhun Əhmədov (23. Vüqar İbrahimov, 46), 18. Nikolay Svejentsev, 20. Emin Əliyev, 26. Georgi Sepiaşvili, 30. Yuri Fomenko, 88. Bujamin Asani.
Ehtiyat oyunçular: 16. XəyalZeynalov, 11. Ziyabil Məmmədov, 25. Oqtay Məmmədov, 27. Sahib Abbasov.
Məşqçi: Mehman Hacıyev.
 
SUMQAYIT – QƏBƏLƏ – 0:1 (0:1)
Qol: Viktor Mendi, 39.
Sarı vərəqələr: Emin Cəfərquliyev, 8 (qeyri-idman hərəkəti); Pərdis Fərcad Azad, 26 (hakimin qərarına etiraz); Ceyhun Sultanov, 50 (qeyri-idman hərəkəti); Slavik Alxasov, 85 (hakimin qərarına etiraz) - Omar Kalabane, 30 (qeyri-idman hərəkəti); Aleksandr Çertoqanov, 41 (qeyri-idman hərəkəti); 61 (qeyri-idman hərəkəti)
Qırmızı vərəqə: Aleksandr Çertoqanov, 61 (qeyri-idman hərəkəti).
Hakimlər: Elçin Məmmədov, Rahil Ramazanov, Namiq Hüseynov, Ömər Paşayev.
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.
Hakim-inspektor: Kərim Ağayev.
Artırılan vaxt: I hissədə - 2 dəq.; II hissədə - 3 dəq.
8 dekabr 2012. Bakı. Bayıl Arena. 200 tamaşaçı.
Sumqayıt: 12. Elçin Sadıqov, 2. Slavik Alxasov, 4. Samir Abasov (k), 7. Pərdis Fərcad Azad, 9. Orxan Əliyev, 10. Ceyhun Sultanov, 17. Emin Cəfərquliyev, 21. Məhəmməd Mirzəbəyov, 76. Uğur Pamuk, 91. Ruslan Qurbanov, 92. Bəxtiyar Həsənalızadə (11. Sabir Allahquliyev, 83).
Ehtiyat oyunçular: 90. Anar Məhərrəmov, 3. Aftandil Hacıyev, 8. Aqşin Muxtaroğlu, 22. Xəyal Mustafayev.
Baş məşqçi: Bernard Raab.
Qəbələ: 30. Anar Nəzirov, 9. Viktor Mendi (8. Bruno Da Silva, 41), 11. Yannik Kamanan (7. Yaşar Abuzərov, 77), 10. Dodo, 15. Umar Kalabane, 18. Aleksandr Çertoqanov, 22. Lourival Rodriqes, 27. Rəşad Abdullayev (k) (23. Şəhriyar Xəlilov, 90+1), 26. Daniel Lopes Kruz, 34. Ürfan Abbasov, 84. Deyan Kelhar.
Ehtiyat oyunçular: 25. Dieqo Kosta Silva, 19. Rövşən Əmiraslanov, 21. Elmar Baxşıyev, 35. Tərzin Cahangirov.
Baş məşqçi: Ramiz Məmmədov.
 
NEFTÇİ – RƏVAN - 2:0 (1:0)
Qollar: M.Seyidov, 44 (1:0), N.Kanales, 63 (2:0)
Sarı vərəqələr: Nuran Qurbanov, 60 (qeyri-idman hərəkəti); Samuel Barlay, 70 (sürüşmə fəndindən düzgün istifadə etmədiyinə görə).
Hakimlər: Anar Salmanov, Mübariz Haşımov, Yaşar Abbasov, Elvin Əsgərov.
AFFA nümayəndəsi: Mübariz Hüseynov.
Hakim-inspektor: Asim Xudiyev.
Artırılan vaxt: I hissədə - 1 dəq.; II hissədə - 3 dəq.
10 dekabr 2012. Bakı. 8-ci kilometr stadionu. 1500 tamaşaçı.
Neftçi: 30. Saşa Stamenkoviç, 4. Tərlan Quliyev, 5. İqor Mitreski, 10. Julius Vobay, 11. Nikolas Kanales, 15. Erik Ramos, 16. Bruno Bertuççi (28. Emin Mehdiyev, 78), 17. Araz Abdullayev (8. Elşən Abdullayev, 85), 19. Mirhüseyn Seyidov, 22. Mahir Şükürov (k), 25. Cavid İmamverdiyev (20. Eşqin Quliyev, 78).
Ehtiyat oyunçular: 12. Emil Balayev, 3. Saşa Yunisoğlu, 21. Kamil Nurəhmədov, 32. Elvin Yunuszadə.
Baş məşqçi: Böyükağa Hacıyev.
Rəvan: 12. Davud Kərimi, 3. Miloş Zeçeviç (k), 5. Nikolay Orlovski, 13. Şəhriyar Rəhimov, 14. Xuan Manuel Varea, 16. Orxan Lalayev (8. Tural Axundov, 70), 18. Samuel Barlay, 20. Kristian Torres (15. Tural Cəlilov, 73), 22. Tofiq Mikayılov, 26. Fransis Bosman (10. Nemanya Vidakoviç, 46), 27. Nuran Qurbanov.
Ehtiyat oyunçular: 99. Murad Qənbərov, 11. Şeriff Suma, 17. Rüfət Cəlilov.
Baş məşqçi: Kemal Alispahiç.
 
İNTER – AZAL - 0:0 (0:0)
Sarı vərəqələr: Valeri Abramidze, 16 (qeyri-idman hərəkəti); Ruslan Əmircanov, 41 (əl ilə oyun); İbrahima Niasse, 48 (qeyri-idman hərəkəti) - Tagim Novruzov, 45 (əl ilə oyun); Oskars Klava, 78 (qeyri-idman hərəkəti); Orxan Həsənov, 90+4 (qeyri-idman hərəkəti).
Hakimlər: Fariz Yusifov, Rza Məmmədov, Elman Musayev, Orxan Məmmədov
AFFA nümayəndəsi: Ramiz Abdullayev.
Hakim-inspektor: Gülağa Cabarov.
Artırılan vaxt: I hissədə - 1 dəq.; II hissədə - 5 dəq.
9 dekabr 2012. Bakı. “Şəfa” stadionu. 400 tamaşaçı.
İnter: 1. Georgi Lomaya, 4. Valeri Abramidze, 5. Slavço Georgiyevski (6. Samir Zərgərov, 86), 7. Ruslan Əmircanov, 15. Vladimir Levin (k), 20. Brüs Abdulay, 21. Arif Daşdəmirov, 23. Tales Şutz (11. Asif Məmmədov, 86), 25. İbrahima Niasse, 28. Baçana Tsxadadze (9. Daniel Genov, 71), 47. Abdulla Abatsiyev.
Ehtiyat oyunçular: 96. Elşən Poladov, 8. Nizami Hacıyev, 13. Coşqun Diniyev, 18. İliya Kandelaki.
Baş məşqçi: Kaxaber Tsxadadze.
AZAL: 1. Amil Ağacanov, 2. Xuan Fransisko (7. Cavid Tağıyev, 67), 3. Usim Nduka (k), 4. Xose Junior Aylton, 6. Tagim Novruzov, 11. Zohair Benuahi, 15. Oskar Klyava, 16. Junior Nildo, 20. Branislav Arseniyeviç, 17. Viktor İbekoyi, 22. Ruslan Tağızadə (99. Orxan Həsənov, 83).
Ehtiyat oyunçular: 12. Cahangir Həsənzadə, 9. Elşən Məmmədov, 10. Tərlan Xəlilov, 23. Tural Nərimanov, 37. Andrius Veliçka.
Baş məşqçi: Vaqif Sadıqov.
 
SİMURQ – XƏZƏR LƏNKƏRAN - 2:2 (1:0)
Qollar: M.Səttarlı, 15 (1:0), M.Burhard, 67 (2:0), E.Abdullayev, 72 (2:1), Aleksandr Şemonayev, 90+4-öz qapısına (2:2).
Sarı vərəqələr: Stepan Polyak, 27 (oyunun bərpasını gecikdirdiyinə görə); Rasim Ramaldanov, 67 (qeyri-idman hərəkəti); Dilaver Zrnanoviç, 72 (qeyri-idman hərəkəti); Asif Mirili, 81 (qeyri-idman hərəkəti); Nenad Stoyanoviç, 85 (qeyri-idman hərəkəti) - Rahid Əmirquliyev, 45+1 (qeyri-idman hərəkəti); Roberto Alviz, 70 (qeyri-idman hərəkəti).
Qırmızı vərəqə: Ruslan Abışov, 48 (rəqibi aşkar qol vurmaq imkanından məhrum etdiyi üçün).
Hakimlər: Əliyar Ağayev, Mehman Mahmudov, Munis Abdullayev, Feyzulla Feyzullayev.
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev.
Hakim-inspektor: Fazil Mürşüdov.
Artırılan vaxt: I hissədə - 1 dəq.; II hissədə - 4 dəq.
10 dekabr 2012. Zaqatala. Şəhər stadionu. 2000 tamaşaçı.
Simurq: 22. David Petrkeviç, 2. İlkin Qırtımov, 3. Rasim Ramaldanov (k), 4. Dilaver Zrnanoviç, 7. Ruslan Poladov, 9. Marçin Burhard (14. Asif Mirili, 67), 10. Zdravko Popoviç (79. Nenad Stoyanoviç, 74), 13. Aleksandr Şemonayev, 15. Stepan Polyak, 21. Murad Səttarlı, 25. Mario Bojiç (6. Anderson Olivyera, 88).
Ehtiyat oyunçular: 1. Dmitri Kramarenko, 17. Rüstəm Məmmədov, 19. Nicat Qurbanov, 20. Rəşad Eyubov.
Baş məşqçi: Georgi Çixradze.
Xəzər Lənkəran: 25. Orxan Sadıqlı, 3. Vanderson Skarduelli, 5. Elnur Allahverdiyev, 6. Roberto Alviz, 9. Branimir Subaşiç (55. Ağabala Ramazanov, 86), 10. Elnur Abdullayev, 11. Dmitrios Sialmas, 14. Rahid Əmirquliyev (k), 15. Ruslan Abışov, 16. Adrian Pit, 21. Radomir Todorov.
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 4. Akif Tağıyev, 7. Sadio Tounkara, 17. Kazım Kazımlı, 20. Elnur Cəfərov, 42. Kamran Abdullazadə.
Baş məşqçi: Karles Bakes.
 
1 İnter 15 7 6 2 15 6 +9 27
2 Simurq 16 7 6 3 19 11 +8 27
3 Qarabağ 16 7 6 3 22 16 +6 27
4 Qəbələ 16 7 4 5 19 17 +2 25
5 Neftçi 13 8 0 5 28 15 +13 24
6 XL 16 5 6 5 22 16 +6 21
7 AZAL 15 5 6 4 19 15 +4 21
8 Turan 15 5 4 6 19 20 –1 19
9 Bakı 14 3 8 3 14 11 +3 17
10 Rəvan 16 4 4 8 14 25 –11 16
11 Sumqayıt 16 3 5 8 12 29 –17 14
12 Kəpəz 16 2 3 11 10 32 –22 9
 
Bombardirlər:
13 - Nikolas Kanales (Neftçi)
8 - Franko Nildo (AZAL)
7 - Salif Ballo (Turan)
6 - Zohair Benuahi (AZAL), Riçard Almeyda (Qarabağ).

 

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.