10 dekabr 2012 11:37

Ramiz Məmmədovdan 50-ci qələbə

Topaz Premyer Liqasının 16-cı turunun “Sumqayıt”la səfər oyunu “Qəbələ”nin baş məşqçisi Ramiz Məmmədov üçün əlamətdar olub. Azerisport.az xəbər verir ki, “Bayıl Arena”da qazanılan qələbə mütəxəssis üçün yubiley xarakteri daşıyıb.
 
Belə ki, “Qəbələ” hazırkı baş məşqçisinin rəhbərliyi altında sayca 50-ci qələbəni qazanıb.
 
2006/07 mövsümündə komandada debüt edən və 2009/10 mövsümünün sonunda postunu tərk edən mütəxəssis yubiley qələbəsini bu il qayıtdıqdan sonra rəsmiləşdirib. Məmmədov “Qəbələ”nin “sükanı arxasında” ümumilikdə 129-cu matçında 50-ci qələbəyə sevinib.
 
Bu qələbələrin 41-i çempionat, 9-u kubokda qeydə alınıb. Məmmədovlu “Qəbələ” evdə 31, səfərdə 19 dəfə 3 xal qazanıb.
 
Maraqlıdır ki, 50-ci yubiley qələbəsi baş məşqçinin komandaya dönüşündən sonra çempionatda ümumilikdə 10-cu, səfərdə 5-ci səfər matçında, qayıdışdan sonra Premyer Liqada  5-ci qələbəni qazanmaqla 50-yə çatıb.
 
Daha bir məqam diqqət çəkir ki, 50-ci qələbəsini “Sumqayıt” üzərində qazanan Məmmədov ilkə də “Gənclik şəhəri” təmsilçisi ilə matçda imza atmışdı. 2006/07 mövsümündə noyabrın 27-də “Gilan” adını daşıyan Qəbələ təmsilçisi Sumqayıtın digər komandası “Gənclərbirliyi”ni 2:0 hesabı ilə məğlub etmişdi. İlk qələbədən 2203 gün sonra isə 50-ci qələbə əldə olundu.
 
Məmmədovun rəhbərliyi altında qazanılan 50 qələbənin ümumi top fərqi 98:18 olub. Bu 50 qələbə 8 müxtəlif hesabla qeydə alınıb.
 
Göründüyü kimi 50 qələbədən 7-si böyükhesabla olub. Bunlardan ən böyükhesablı qələbə də Sumqayıt təmsilçisi üzərində qazanılıb. 2007/08 mövsümündə - 2007-ci il noyabrın 11-də “Gənclərbirliyi” ilə səfər matçında 6:0 hesablı qələbə əldə olunub.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.