10 dekabr 2012 11:56
Qarabağ Bakı ilə oyun üçün hazırlıqlara başlayır
“Qarabağ” “Bakı” ilə oyunun hazırlıqlarına start verir. Azerisport.az xəbər verir ki, Premyer Liqanın 17-ci turu çərçivəsində paytaxtın eyniadlı komandasının qonağı olacaq “Qarabağ” bu gün ilk məşqə çıxacaq.
“Qarabağ”ın baş məşqçisi Quban Qurbanov “Kəpəz”i 3:1 məğlub etdikləri oyundan sonra komandaya 2 günlük istirahət vermişdi. İstirahət bu gün başa çatıb.
“Qarabağ”ın yeganə çalışması 13:00-da Suraxanı qəsəbə stadionunda baş tutacaq.
