11 dekabr 2012 00:36
Böyükağa Hacıyev Berti Foqtsun açıqlamasına münasibət bildirdi
“Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyev futbol üzrə Azərbaycan yığmasının baş məşqçisi Berti Foqtsun açıqlamasına münasibət bildirib. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Foqts demişdi ki, “Neftçi” 35 dəqiqə futbol oynayır. Əgər mənim komandam sadəcə yarım saat futbol oynaya bilirsə, onda “İnter”ə iki qol vurmağı bacarmazdı. Mən komandasına fiziki hazırlıq üzrə məşqçi çağıran mütəxəssislərdən deyiləm. Bütün məşqləri özüm keçirəm. Berti Foqtsla mübahisə etmək istəmirəm. O, yığmamızın baş məşqçisidi, hörmətim var. Həm də o, ölkəmizdə qonaqdı. Deyir ki, mənim sözlərimi adətən karnavallarda işlədirlər? Qoy elə olsun”.