11 dekabr 2012 01:05
Cordobanın prezidenti: Messini tutduracağam!
Sabah futbol üzrə İspaniya Kral kuboku çərçivəsində "Barcelona" ilə qarşılaşacaq "Cordoba" klubunun prezidenti Karlos Qonzales bu oyun ərəfəsindı maraqlı açıqlaması ilə diqqət mərkəzinə düşüb. Azerisport.az xəbər verir ki, o, zarafatla Kataloniya klubunun ulduz futbolçusu Lionel Messini həbs etdirəcəyini bildirib:
"Oyundan öncə vəzifəli şəxslərlə danışıb, Messini həbs etdirəcəyəm. Çünki argentinalı futbolçunu dayandırmağın yeganə yolu budu. Ciddi olsaq, "Barcelona" ilə oyunun çətin keçəcəyi hər kəsə bəllidi. Sərfəli nəticə əldə etməyə çalışacağıq. Futbolda hər şey mümkündü. Ancaq "Barcelona" səddini keçmək elə də asan deyil. Onların hətta əvəzedici heyəti də La Liqanın ikincisi olmaq gücündədi".
