10 dekabr 2012 13:25

“Neftçi gözlədiyimizdən də uğurlu çıxış etdi”

19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının baş məşqçisi Arif Əsədov qarşıdan gələn Valentin Qranatkinin xatirəsinə həsr olunmuş beynəlxalq turnirə hazırlıqdan, eləcə də “Neftçi”nin avrokuboklardakı çıxışından danışıb. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:

“Neftçi”nin qrup mərhələsinə ilk dəfə vəsiqə qazandığını nəzərə alsaq, komandanın çıxışı çox yaxşı alındı. Hətta deyərdim ki, gözlədiyimizdən də yaxşı oldu. Məncə, çox az adam inanardı ki, “Neftçi” belə bir qrupda xal toplaya biləcək. Ümid edirəm ki, biz bu uğurların davamını görəcəyik”.
 
Əsədov paytaxt klubunun futbolçularının, rəsmilərinin digər klubların yaxın 5-10 il ərzində bu uğuru təkrarlaya bilməyəcəyinə dair açıqlamalarına da münasibət bildirib: “Bundan sonra bütün klublarımız onların bu uğurunu təkrarlamağa çalışacaqlar. Bunun kimdə necə alınacağını zaman göstərəcək. Əlbəttə, bu, heç də asan olmayacaq. Amma çalışmaq lazımdı”.
 
Daha sonra U-19-un çalışdırıcısı Qranatkinin xatirə turnirindən danışıb: “Bu turnirə bütövlükdə hazırlıq gözüylə baxmaq olar. Həm də bu turnir mənim U-19-da baş məşqçi kimi ilk yarışım olacaq. Hazırlığa dekabrın 24-dən start verəcəyik. Rusiyaya hansı heyətlə yollanacağımızı isə bundan bir həftə sonra açıqlayacağıq. Əsas hədəfimiz komandaya yaxşı futbolçular cəlb edib, onları sınaqdan keçirməkdi. Rusiyadan yaxşı nəticə ilə dönməyə çalışacağıq”.

Qeyd edək ki, yığmamız qrup mərhələsində Litva, Ukrayna və Çexiya ilə mübarizə aparacaq. Əsədov rəqiblərimizi də dəyərləndirib: “Ukrayna, Çexiya kimi güclü komandalarla bir qrupa düşməyimiz çox yaxşıdı. Çünki məhz belə rəqiblərlə oyunlard komandanın güclü və zəif cəhətlərini görmək mümkün olur. Ona görə də qrupumuzdan razıyam”.
 
Millimizin çalışdırıcısı heyətlə də bağlı fikirlərini açıqlayıb: “Noyabrın ortalarında biz 30 futbolçunun cəlb olunduğu seleksiya xarakterli toplanış keçirdik. Onların arasından 15-16 seçdim. Dekabrın 20-22-də daha bir belə toplanışımız olacaq. Həmin toplanışa xaricdə top qovan azərbaycanlı futbolçuları cəlb etmək istəyirik. Onların əksəri Rusiyada çıxış edənlərdi. Onların arasında özünü göstərənlər də dekabrın 24-də start götürəcək əsas toplanışımıza qatılacaqlar. Yanvarın 2-də isə Sankt-Peterburqa yollanacağıq”.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.