11 dekabr 2012 01:27

Toğrul Əsgərov azarkeşlik etdiyi klubumuzun adını açıqladı

Azerisport.az sizi Olimpiya çempionu Toğrul Əsgərovun müsahibəsi ilə tanış edir.
 
- Toğrul, futbolla aran necədi?
- Həyatımda futbolun ayrı bir yeri var. Güləş və basketbolla yanaşı, futbol oynamaqdan da böyük ləzzət alıram. Gün ərzində 2 dəfə məşq etsəm, yorulsam belə futbol oynamağa həvəslə razılaşıram. Gecənin istənilən saatında, yuxudan qaldırsalar top qova bilərəm. Demək olar ki, həftədə 2 dəfə futbol oynayıram. Bazarertəsi və cümə gunləri uşaqlarla yığışıb oynayırıq. Futbola marağım olduqca çoxdu. Hərdən mənə deyirlər ki, sən güləşlə futbolu dəyişik salmısan. Dost-tanış deyir “gərək futbolçu olardın, onda həyatın bəlkə tamam başqa cür olardı”.
 
- Gəncədə uşaq və yeniyetmələr güləş və ya futbola meyl edirlər. Buna görə fikrini sorusduq.,.
- Futbola həqiqətən də həvəsim çoxdu. Bunu dost-tanışdan sorusa bilərsiniz ki, mən necə futbol oynayıram. 100 faiz əminəm ki, güləşçi olmasaydım, futbolçu olacaqdım.
 
- Hansı klublara və yığmaya azarkeşlik edirsən?
- Dünya klublardan “Barselona”ya , yığmalardan isə İspaniya və Argentinaya azarkeşlik edirəm. Və əlbətdə ki, Gəncəmizin “Kəpəz”inə.
 
- “Kəpəz”in adını sonuncu dedin.
- (gülür) Siyahı belə alındı. İlk növbədə “Kəpəz”ə azarkeşlik edirəm. Uşaqlıqdan bu komandanın azarkeşi olmuşam. Tez-tez gedib oyunlarına baxmışam. İndi vaxt azlığına görə gedib baxa bilmirəm. Hec televizorda da izləyə bilmirəm. Cünki məşqlərdən vaxt olmur. Yorğun oluram. Bu üzdən də məşqdən sonra dincəlmək, yatmaq lazımdı. Mütləq imkan tapıb “Kəpəz”in qarşıdakı oyunlarına baxmağa gedecəyəm. İdmançılarla bir yerə yığışanda, yığmanın məşq toplanışında olanda futboldan çox danışırıq. Hərə azarkeşlik etdiyi komandadan danışır. Güləş yığmamızın üzvü Cəbrayıl Həsənov Astaradandı. Cənub bölgəsindən olduğu üçün “Xəzər Lənkəran“a azarkeşlik edir. Hər dəfə Lənkəran komandasını öyür. Gəncəli olduğumdan mən də “Kəpəz”dən danışıram. Yaxşı da, pis də oynasa, özumüzün komandamızdı. Hərə öz klubunu təriflədiyindən, bu barədə öz aramızda intiraqa da olur.
 
- “Kəpəz”lə bağlı xəbərlərlə hardan məlumat alırsan?
- Mətbuatı az izləyirəm. Elə televizora da az baxıram. Ona görə dost-tanışdan nəsə öyrənməyə çalışıram. “Neftçala” klubunun rəsmiləri arasında bir dostum var. Futbolun içində olduğu üçün onunla danışıb, Gəncə futbolu haqda məlumat alıram. Bilirəm ki, artıq Gəncədə ikinci komanda da var. Uşaqlardan “Tərəqqi”nin və “Kəpəz”in oyunları, nəticələri haqda maraqlanıram.
 
- İdmançı kimi həm də “Neftci” cəmiyyətinin üzvüsən. “Kəpəz”lə “Neftci” arasında tarixi rəqabət var.
- Bunu bilirəm. Mən Gəncə – “Neftci” idmançısı kimi güləşirəm. “Neftçi”nin üzvü olsam da, mənim üçün birinci sırada “Kəpəz”di. Birinci “Kəpəz”ə azarkeşlik edirəm. Sonrakı sırada “Neftci”di. “Kəpəz”in hazırkı durumunu bilirəm və komandamızın yenidən uğurlu çıxışlarını davam etdirəcəyinə inanıram. Gəncədə idmana həmişə maraq olub. Peşəkarları bir kənara qoyaq, şəhərimizdə çox sayda həvəskar futbolçu, yaxşı oynamağı bacaran insan var. Mini meydançalarda axsam saat 6-dan 12-yə kimi bos vaxt tapmaq olmur. Hamı boş vaxtlarında futbol oynayır. ("Kəpəz"in saytı)

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.