10 dekabr 2012 14:15
Bu gün Ümumdünya futbol günüdü
Bu gün Ümumdünya futbol günüdü. Azerisport.az xəbər verir ki, 10 dekabr Ümumdünya futbol günü BMT-nin qərarı ilə qeyd olunur.
Beynəlxalq ictimaiyyət bu idman növünə qiymət verərkən bildirir ki, bu, milyonlarla insan üçün sadəcə oyun deyil, həm də həyat tərzidi.
Futbol – «ayaqla top oyunu» haqqında ilk xatırlatmalara bizim eradan əvvəl ikinci minillikdə Çin mənbələrində rast gəlinib. O, Çsu Çyu adlandırılıb, mənası «ayaqla itələmək» deməkdi. Bu oyunun ilk dəfə nə vaxt başlanması haqqında dəqiq məlumat yoxdu. Bəziləri iddia edir ki, futbolun ilk sələfləri VIII əsrdə İngiltərədə yaşayan saksonlar olub. Onlar döyüş meydanında vuruşmadan sonra düşmənlərin kəsilmiş başlarını təpikləyirdilər. Futbolu Qədim Yunanıstanda və Romada təxminən 2500 il bundan əvvəl oynayıblar. Yunanıstanda bu oyun «top uğrunda mübarizə» adlandırılıb.
