10 dekabr 2012 14:57
Aqil Nəbiyev Bakının heyətində məşqlərə başladı
AZAL-la yollarını ayıran Aqil Nəbiyev bu gün “Bakı”nın baş məşqçisi Bojidar Bandoviçlə görüşüb. Azerisport.az xəbər verir ki, tərəflərin danışığından sonra müdafiəçinin “zolaqlılar”ın heyətində məşq etməsi barədə razılıq əldə olunub.
Belə ki, o, artıq ikiqat ölkə çempionunun heyətində ilk məşqə də çıxıb. Bununla da Nəbiyevin “Bakı”ya keçəcəyi demək olar ki, dəqiqləşib.
Qeyd edək ki, Aqil Nəbiyev AZAL-dan ayrılan kimi onun “Bakı”ya keçəcəyi bəlli idi. Lakin məsələ hələ tam dəqiqləşməmişdi. İndi tərəflərin sadəcə rəsmi müqavilə imzalaması qalır. Bu da yanvar ayında dəqiqləşəcək. Azad agent olduğu üçün futbolçu yeni klubuna pulsuz başa gələcək.
