10 dekabr 2012 15:49
Atletico Barcelona ilə oyunda da Azərbaycanı reklam edəcək
İspaniyanın "Atletico" (Madrid) klubu La Liqanın növbəti turunda yenə meydana üzərində "Land of Fire Azerbaijan" (Odlar yurdu Azərbaycan) sözləri yazılan forma ilə çıxacaq. Azerisport.az xəbər verir ki, madridlilər bu dəfə "Barcelona"ya qarşı keçirilən matçda ölkəmizi reklam edəcəklər.
Sözügedən qarşılaşma dekabrın 16-da keçiriləcək və “Nou Kamp”da baş tutacaq.
Xatırladaq ki, bundan öncə "Atletico" "Real" (Madrid) və “Deportivo” ilə görüşlərdə də eyni formanı geyinmişdi. Bu aksiya Madrid təmsilçisinin "Bakı" ilə əməkdaşlığı çərçivəsində həyata keçirilir.
