10 dekabr 2012 16:35

Ələkbər Məmmədov: Rəşad Sadiqovun qolu mənə San Sirodakı pokerimi xatırlatdı

Azərbaycanın veteran futbolçusu Ələkbər Məmmədov azerisport.az saytının suallarını cavablandırıb.
 
- “Neftçi”nin “İnter”lə Milandakı oyununu izləyə bildiniz?
- Bəli. Komandamız yaxşı oynadı. Çoxları “İnter”in liderləri olmadan meydana çıxmasını önə çəkir. Amma tarixdə yalnız nəticə qalır. “Neftçi” səfərdə çıxış edirdi. Özü də heç-heçəyə yaxşı oyunla nail oldu. Şəxsən mənim xoşuma gəldi. Komandanın növbəti mərhələyə çıxmaq şansı qalmasa da, uşaqlar motivasiyanı itirməmişdilər.
 
- Vaxtilə siz də “San Siro”da qol vurmusuz. Amma “Milan”a...
- “Neftçi”nin oyunu mənə həmin görüşü xatırlatdı. 1955-ci ildə baş tutan həmin qarşılaşmada tribunalarda anşlaq var idi. Çünki o vaxt Moskva “Dinamo”su Avropanın ən güclü klublarından biri hesab olunurdu. Biz SSRİ-nin İtaliyada oyun keçirən ilk komandası idik. 4:1 hesabıyla qələbə qazandıq, bütün qolları da mən vurdum. Həmin matçda da hesabı italyanlar açmışdılar.
 
- Bəs “Neftçi”nin oyunu sizin üçün nə ilə yadda qaldı?
- Mənim yadımda daha çox Rəşad Sadiqovun vurduğu qol qaldı. Futbolçu illərimi yada saldım. Bu futbolçuya, komandasına görə çox sevindim. Möhtəşəm zərbə idi. Legionerlər də yaxşı oynadılar.
 
- Məsələn?
- Nikolas Kanales, Flavinyo, Vobay. Onlar göstərdilər ki, komanda futbolu sərgiləməyi bacarırlar.
 
- “Neftçi”nin çıxışını bütövlükdə necə qiymətləndirə bilərsiz?
- “Neftçi” tarix yazmağı bacardı. Onlar Avroliqanın qrup mərhələsinə çıxdılar, “İnter” kimi komandayla mübarizə apardılar. Lakin bu uğurlar kifayətlənmək olmaz. Növbəti mövsümlərdə daha ciddi uğurlara cəhd göstərmək lazımdı. Bu gün Azərbaycan futbolunda inkişaf etmək üçün hər cür imkan var.
 
- “Neftçi”də belə hesab edirlər ki, onların uğurlarını yaxın 5 ildə heç bir klub təkrarlaya bilməyəcək...
- Zaman göstərəcək. Məncə, bundan sonra hər klubumuz artıq qrup mərhələsinə düşməyə çalışacaq. Sadəcə, nəhəng klublarla oynamaqdan qorxmamaq lazımdı.

- Sizcə, “Neftçi”də qrupdan çıxmaq niyə alınmadı?
- Təcrübə az idi. Onu da etiraf etmək lazımdı ki, bu heyət belə bir ciddi uğura nail olmaq üçün yetərli deyil. İstənilən halda onlar tarix yazdılar.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.