11 dekabr 2012 17:46
İnter məşqlərə başladı (FOTO)
Məlum olduğu kimi, Premyer Liqanın 16-cı turu çərçivəsində keçirilən "İnter" - AZAL qarşılaşmasından sonra Kaxaber Tsxadadze yetirmələrinə birgünlük istirahət vermişdi. Azerisport.az xəbər verir ki, bu gün "Şəfa" stadionunda bir araya gələn komanda üzvləri bərpə məşqinə çıxıblar. "İnter" sabah da doğma meydançada məşq edəcək.
Xatırladaq ki, "İnter" növbəti turda Gəncənin "Kəpəz" komandasının qonağı olacaq.
