11 dekabr 2012 17:53
Sumqayıt Rəvanla oyun üçün toplaşdı, Səlahət sıraya döndü
Topaz Premyer Liqasının 17-ci turunda səfərdə "Rəvan"la qarşılaşacaq "Sumqayıt" Futbol Klubu hazırlığını davam etdirir. Azerisport.az xəbər verir ki, bu gün Bayıl Arenada növbəti məşqinə çıxan Bernhard Raabın komandasında 2 zədəli futbolçu yer alır.
Belə ki, Murad Ağayevlə Uğur Pamuk Fərdi fərdi məşqlərlə kifayətlənib. Səlahət Ağayev, Aftandil Hacıyev və Bəxtiyar Həsənəlizadə isə artıq zədlərini sağaldaraq komandaya qoşulub. Hər üç futbolçunun "Rəvan"la oyuna qədər tam hazır olacaqları bildirilir.
