11 dekabr 2012 18:09
Kəpəz məşqlərini bərpa etdi
“Qarabağ”la oyundan sonra istirahətə buraxılan “Kəpəz” dünəndən məşqləri bərpa edib. Azerisport.az xəbər verir ki, komanda qarşıdakı turda Gəncədə qarşılaşacağı “İnter”lə görüşə hazırlaşır.
Bazar ertəsi reallaşan ilk məşq prosesi saat 15:00-da başlayıb və saatyarım davam edib. Məşqdə bütün futbolçular iştirak edib. Bu günə təyin olunan hazırlıq prosesi isə saat 12:00-da start götürüb. Məşqlər Gəncə şəhər stadionunun əsas meydançasında keçirilir.
