11 dekabr 2012 18:31
“Hazırda özümü yaxşı hiss edirəm”
“Kəpəz”in uzun müddət yaşıl meydanlardan kənar qalan futbolçusu olan Pərvin Paşayevin ötən həftədən məşqlərə başlaması haqda xəbər vermişdik. Azerisport.az xəbər verir ki, sağ diz oynağındakı meniskdən əməliyyat olunan yarımmüdafiəçı artıq yüngül formada məşqlər edir.
Paşayev klub saytına zədəsi və məşqlərə başlaması haqda açıqlama verərək, bunları deyib: “Hazırda özümü yaxşı hiss edirəm. Hər gün məşqə çıxıram. Zədələnməyi hec bir futbolçu istəməz. Amma hərdən bundan qaçmaq olmur. Tezliklə tam formaya düşüb, komandama meydanda kömək etmək istəyirəm”.
