11 dekabr 2012 18:40
Xaqani Məmmədov: Hakim cəzalanacaq!
AFFA Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov Topaz Premyer Liqasının 16-cı turundakı mübahisəli hakim qərarlarına münasibətini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Neftçi” – “Rəvan” matçında heç bir penalti yox idi. Biz həmin epizoda müxtəlif nöqtələrdən baxmışıq və belə fikrə gəlmişik ki, orda top ələ dəyməyib və Anar Salmanov penalti təyin etməməklə düzgün qərar verib”.

“İnter” – AZAL oyununda isə Fariz Yusifov Tagim Novruzovun əllə oyununa görə penalti təyin etməliydi. Çünki Novruzov cərimə meydançası daxilində əllə oynamışdı. Lakin yan xətt hakimi Elman Musayev səhvə yol verdi. O, əllə oyunun cərimə meydançası daxilində olduğunu bildirməliydi. Həmin epizodu baş hakim özü görmürdü. Musayev bu səhvinə görə cəzalanacaq”.