11 dekabr 2012 11:15
Lüksemburq - Azərbaycan matçının başlama saatı açıqlandı
Futbol üzrə Azərbaycan milli komandasının DÇ-2014-ün seçmə mərhələsində keçirəcəyi daha bir oyunun başlanma vaxtı müəyyənləşib. Azerisport.az xəbər verir ki, söhbət yığmamızın Lüksemburqla oyunundan gedir.
Belə ki, millimizin Lüksemburq yığması ilə martın 22-də “Josy Barthel” stadionunda keçirəcəyi qarşılaşma Bakı vaxtı ilə saat 23:15-də başlayacaq.
