14 dekabr 2012 00:43
Türkiyə kuboku: Beşiktaş da uduzdu, Fenerbahçe növbəti mərhələdə (YENİLƏNİB)
Futbol üzrə Türkiyə Kubokunda 5-ci mərhələnin oyunları keçirilib. Azerisport.az xəbər verir ki, bir görüşdən ibarət bu mərhələnin ilk oyun günündə 4 qarşılaşma baş tutub.
“Altay”ın qonağı olan “Bursaspor” iki cavabsız qolla mərhələ adlayıb. “Gaziantepspor”la qarşılaşan “Sivasspor” da sevinən tərəf olub. “Eskişehirspor” “Karabükspor”u darmadağın edərək, qrup mərhələsinə vəsiqəni təmin edib. Günün ən böyük sensasiyası isə “Galatasaray”ın adı ilə bağlıdı. “Sarı-qırmızılar” evdə “1461 Trabzon”la qarşılaşmada məğlub olaraq, kubokda mübarizəni erkən dayandırıb.
İkinci oyun günündə “Genclerbirligi” “Mersin İdmanyurdu” ilə ev oyununda məğlub olub. “Antalyaspor”un qonağı olan “Beşiktaş” da mübarizəni erkən dayandırmalı olub. “Fenerbahçe” isə “Göztepe” üzərindəki darmadağınla mərhələ adlamağı bacarıb.
Son qarşılaşmada isə “Kasımpaşa” “Trabzonspor”la münasibətlərinə aydınlıq gətirib. Görüşün əsas və əlavə vaxtı heç-heçə bitib.
Son qarşılaşmada isə “Kasımpaşa” “Trabzonspor”la münasibətlərinə aydınlıq gətirib. Görüşün əsas və əlavə vaxtı heç-heçə bitib.
Türkiyə Kuboku
5-ci mərhələ
11 dekabr
Altay – Bursaspor – 0:2
Gaziantepspor – Sivasspor – 0:1
Eskişehirspor – Karabükspor – 5:1
Galatasaray - 1461 Trabzon – 1:2
12 dekabr
Genclerbirligi – Mersin İdmanyurdu - 2:3
Antalyaspor - Beşiktaş - 2:1
Fenerbahçe - Göztepe - 4:0
13 dekabr
Kasımpaşa - Trabzonspor - 1:1 (penaltilərlə - 2:4)
