12 dekabr 2012 00:17
Rəvanın qapıçısı komandadan kənarlaşdırıldı
“Rəvan”ın qapıçısı Davud Kərimi əvəzedici heyətə göndərilib. Azerisport.az xəbər verir ki, klub rəhbərliyi və məşqçilər korpusu onun Topaz Premyer Liqasının 16-cı turunun “Neftçi” ilə oyunundakı çıxışından narazı qalıb.
Xüsusilə buraxılan ilk qolda çox kobud səhvə yol verən Kərimi bunun qarşılığında bir müddət əvəzedici heyətdə vaxt keçirməli olacaq. Bu barədə məlumatı klubun vitse-prezidenti Bəhruz Şirəliyev də təsdiqləyib:
“Bu oyunda hakimin qərarları ilə yanaşı, qapıçımızın çıxışı da bizi narahat etdi. Belə bir vacib oyunda bu cür səhvlər buraxmaq olmaz. Məhz belə səhvlər son məğlubiyyətimizdə əsas rol oynadı”.
“Bu oyunda hakimin qərarları ilə yanaşı, qapıçımızın çıxışı da bizi narahat etdi. Belə bir vacib oyunda bu cür səhvlər buraxmaq olmaz. Məhz belə səhvlər son məğlubiyyətimizdə əsas rol oynadı”.
