12 dekabr 2012 00:54
Neftçi Rodriqinyo ilə yollarını ayırdı
Azərbaycan çempionu “Neftçi” bir futbolçusu ilə yollarını ayırıb. Azerisport.az xəbər verir ki, paytaxt klubu braziliyalı yarımmüdafiəçisi Rodriqinyodan imtina edib.
Qeyd edək ki, Rodriqinyonun “Neftçi” ilə müqaviləsinin müddəti bu ilin sonunda başa çatacaqdı. Futbolçunun uzun müddət komandaya kömək edə bilməməsi qarşılıqlı razılıq əsasında müqaviləyə xitam verilməsi ilə nəticələnib.
Xatırladaq ki, Rodriqinyo iki mövsüm öncə avrokuboklar çərçivəsində Zaqreb “Dinamo”su ilə Bakıdakı görüşdə zədələnmişdi. Həmin dövrdən bəri bu futbolçu heç cür zədəsini sağalda bilmirdi.
