14 dekabr 2012 02:55
İspaniya Kral Kuboku: Barsa qazandı, Real uduzdu (YENİLƏNİB)
Futbol üzrə İspaniya Kral Kubokunda 1/8 final mərhələsinin ilk oyunları keçirilib. Azerisport.az xəbər verir ki, ilk oyun günündə bir görüş baş tutub.
Səfərdə “Osasuna” ilə qarşılaşan “Valencia” 2 cavabsız qolla qələbə qazanıb və cavab oyunu öncəsi üstünlük əldə edib.
İkinci oyun günündə “Athletic” “Eibar”la sülh bağlayıb. “Cordoba”nın qonağı olan “Barcelona” 2 cavabsız qolla qələbə qazanıb. “Mallorca” evdə “Sevilla”ya uduzub. “Atletico” “Getafe"ni darmadağın edib. “Celta” isə “Real”la görüşdə qələbə qazanıb.
Nəhayət, son gündə “Levante” “Zaragoza”, “Las Palmas” da “Betis”lə münasibətlərinə aydınlıq gətirib. Bu görüşlərdən birincisində qonaqlar qələbəyə seviniblərsə, digərində də heç-heçə qeydə alınıb.
İspaniya Kral Kuboku
1/8 final (ilk oyunlar)
11 dekabr
Osasuna – Valencia - 0:2
12 dekabr
Athletic - Eibar - 1:1
Cordoba - Barcelona - 0:2
Mallorca - Sevilla - 0:5
Atletico - Getafe - 3:0
Celta - Real - 2:1
13 dekabr
Levante - Zaragoza - 0:1
Las Palmas - Betis - 1:1
