11 dekabr 2012 13:23
“Azərbaycanın uşaq futbolunda sistem dəyişməlidi”
“Neftçi”nin sabiq futbolçusu, hazırda İsveçin “Erebru” klubunun U-14 komandasını çalışdıran Valeh Qafarov Bakıya səfəri zamanı azerisport.az saytının suallarını cavablandırıb.
- Klubunuzdakı işləriniz necə gedir?
- O qədər də yaxşı deyil. Maliyyə problemləri səbəbindən “Erebru” bəzi aparıcı futbolçuları ilə yollarını ayırmalı oldu. Nəticədə biz elitanı tərk etməli olduq. Uşaq komandalarına gəlincə, biz indi italyanlarla, bir qədər də dəqiqləşdirsəm, “Roma” ilə işləyirik. Birgə layihələrimiz var. Onlardan gənc futbolçularla işləməyin yeni metodlarını öyrənməyə çalışırıq. Hətta birgə komandamız da var – “FC Roma Orebro Sweden”.

- Bəs konkret sizin komandanızın işləri necədi?
- Mənim komandam mövsümü ikinci yerdə başa vurdu. Əlbəttə, yaxşı nəticədi. Amma bizim üçün bu, o qədər də əsas deyil. Məsələn, bizim çempionatlara, məşqlərə baxıram və böyük fərq görürəm. Xaricdə uşaq futbolunda nəticəni qətiyyən düşünmürlər. Əsas həmin uşaqları böyük futbola ən yaxşı şəkildə hazırlamaqdı. Amma Azərbaycanda uşaq futbolu böyük futboldakı sistemlə eynidi. Oyunlara baxanda görürəm ki, bəzi uşaqları ehtiyatda saxlayırlar, onların oynamasına şərait yaratmırlar. Halbuki, uşaq futbolunda belə olmamalıdı. Nəticəyə qətiyyən önəm verilməməlidi. Bu, pis təsir göstərir. Məsələn, İsveçdə uşaqlara uduzduqları oyundan sonra heç kim heç nə demir.
- Bunu klub rəsmiləri ilə müzakirə etmisiz?
- Bu yaxınlarda televiziyalardan birində uşaq futbolu ilə bağlı danışmışdım. Orda da qeyd etmişdim ki, burda sistemi dəyişmək lazımdı. Psixoloji cəhətdən dəyişilməyə ehtiyac var. Məşqçilər bir şey deyir, uşaqlar başqa, azarkeşlər tam fərqli. İndi hər cür şərait var. Amma sistem elə əvvəlki kimi qalmaqdadı.

- Öz xidmətlərinizi burda hansısa kluba təklif etmək istəmirsiz?
- Mən elə adam deyiləm. Əgər məndən nəyisə xahiş etsələr, o zaman böyük məmnuniyyətlə kömək edərəm. Mən görürəm ki, Azərbaycanın uşaq futbolunda dəyişikliyə ehtiyac var. Mən özüm də kömək etməyi çox istəyirəm. Futbolumuzun bu durumuna, gələcəyinə görə narahatam. Amma bu, bir günün işi deyil.

- “Bakı”nın son dövrlər Fransanın “Lans”, İspaniyanın “Atletico” klubları ilə uşaq futbolu sahəsində əməkdaşlığa başlamasına münasibətiniz necədi?
- Bu, çox yaxşı layihədi. Bunun tərəfdarıyam. Əgər gənc futbolçularımız nə qədər kənara çıxa bilsələr, bir o qədər Avropa futbolunun səviyyəsi ilə yaxından tanış olmaq imkanı qazanırlar. Qayıdıb öz yoldaşlarına da danışacaqlar, onları həvəsləndirəcəklər. Bütün bunlar böyük uğurlar gətirə bilər.
- Əsas yığmamızın çıxışı barədə nə deyə bilərsiz?
- Bizim xaricdə cəmi bir-iki futbolçumuz var. Ona görə də nəticə gözləməyə dəyməz. Berti Foqtsun əlinin altında 10-12 legionerimiz olsaydı, ondan nəyəsə ümid etmək olardı. Əvvəllər Azərbaycan futbolu texnikası ilə fərqlənirdi. İndi o da yoxdu. Sürətli oyun yoxdu. Biz öz stilimizi də itiririk.

- Sizcə, futbolçularımız xaricdə oynaya bilərlər?
- Burda yalnız maddi tərəfi düşünmək lazım deyil. Əlbəttə, bizdə futbolçular az qazanmırlar. Amma inanın ki, Avropada daha böyük pullar dövr edir. Ola bilər ki, əvvəllər o, istədiyini ala bilməsin. Lakin özünə əmin olan futbolçu etimadı artıqlamasıyla doğrultmaqla ondan qat-qat artığına da nail ola bilər. Sadəcə, səbrli olmaq, oynamaq, özünü ən yaxşı tərəfdən göstərmək lazımdı.

- Bu yay “Erebru” rəsmiləri ilə Ruslan Abışovun transferinə çalışsaz da, alınmadı...
- Bəli, mən klub rəsmiləriylə birgə Bakıya gəlmişdim. Biz müqavilə bağlamaq üçün hər şeyə hazır idik. Ruslan özü də transferdə maraqlı idi. Lakin son anda nə baş verdiyini başa düşmədik. Ona görə də transfer alınmadı. Fikrimcə, Abışov indi Bundesliqada çıxış edə bilərdi. Çünki, İsveç çempionatı daim Hollandiya, Almaniya və digər ölkə klublarının skautlarının diqqət mərkəzindədi. İmkan düşən kimi getmək lazımdı, daha Azərbaycanda qalmağa üstünlük verilməməlidi.
- Bu yaxınlarda Orxan Əliyev də “Porto”ya keçməkdən imtina etdi...
- Bəli, bundan xəbərim var. Nə demək olar... Bir daha belə bir şans olacaqmı? Məlum deyil. Fikrimcə o, razılaşmalıydı. Mən ümumiyyətlə futbolçularımızın mümkün qədər ölkə xaricində çıxış etməsinin tərəfdayıram.
- Keçmiş komandanızın – “Neftçi”nin Avropa Liqasındakı çıxışı barədə nə deyə bilərsiz?
- “Neftçi” hamımızı sevindirdi. Komandamız həqiqətən də tarix yazdı. Amma oyunçu azlığı sözünü dedi. “Skameyka” qısa idi və futbolçuların fiziki cəhətdən yorğunluğu diqqət çəkirdi. Bütövlükdə isə komandanın çıxışını normal hesab edirəm. Çox istərdim ki, yığmamız da tezliklə qrup mərhələsinə vəsiqə qazansın. Əlbəttə, bu, yaxın gələcəkdə mümkünsüz görünür. Buna baxmayaraq, məndə ümid var.