14 dekabr 2012 01:46
İtaliya Kuboku: Milan da Roma və Juventusun uğurunu təkrarladı (YENİLƏNİB)
Futbol üzrə İtaliya Kubokunda 1/8 final mərhələsinin oyunları keçirilib. Azerisport.az xəbər verir ki, bir görüşdən ibarət bu mərhələnin ilk oyun günündə bir qarşılaşma baş tutub.
“Roma” evdə “Atalanta”nı qəbul edib. Görüş meydan sahiblərinin aşkar üstünlüyü şəraitində keçib. Nəticədə paytaxt təmsilçisi inamlı qələbə qazanaraq, növbəti mərhələyə yüksəlib.
İkinci oyun günündə “Parma” “Catania” ilə ev oyununda məğlubiyyətdən yaxa qurtara bilməyib. “Juventus” isə “Cagliari”ni qəbul edib və minimal hesablı qələbə sayəsində adını növbəti mərhələyə yazdırıb.
“Milan” da “Reggina” ilə qarşılaşıb. Meydan sahibləri üç cavabsız qolla adını 1/4 finala yazdırıblar.
İtaliya Kuboku
1/8 final
11 dekabr
Roma – Atalanta – 3:0
12 dekabr
Parma - Catania - 1:1 (penaltilərlə 3:4)
Juventus - Cagliari - 1:0
13 dekabr
Milan - Reggina - 3:0
Qalan görüşlər (Inter – Verona, Napoli – Bologna, Udinese – Fiorentina, Lazio - Siena) dekabrın 18-19-da keçiriləcək.
