11 dekabr 2012 13:57
Neftçi və Rəvanın futbolçuları 3 oyunluq diskvalifikasiya olundu
Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Azerisport.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin 16-cı turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:
“Neftçi” – “Rəvan” matçının 80-ci dəqiqəsində “Neftçi”nin futbolçusu İlham Allahverdiyevlə “Rəvan”ın futbolçusu Hüseyn Axundov bir-birini təhqir etdiklərinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldıqları üçün hər ikisi 3 oyunluq cəzalanıb, klubları 2000 manat cərimə olunub. Hər iki futbolçuya verilmiş cəzanın 2 oyunu şərti cəza kimi tətbiq edilir, və hər iki futbolçuya 6 aylıq sınaq müddəti verilir. Sınaq dövründə futbolçular yenidən cəzalanacağı təqdirdə sanksiyanın dayandırılmış hissəsi avtomatik olaraq bərpa olunacaq.
