11 dekabr 2012 14:11
Bir-birini vuran futbolçular 4 oyunluq cəzalandılar
Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Azerisport.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Birinci Divizionun 12-ci turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:
“Şuşa” – “Şahdağ” matçında “Şahdağ”ın 4 futbolçusu sarı vərəqə ilə cəzalandırığı üçün klub 100 manat cərimə olunub.
“Energetik” – “Bakılı” matçının 63-cü dəqiqəsində “Bakılı”nın futbolçusu Rafiq Əliyev sonuncu ümud fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, klubu 20 manat cərimə olunub. Oyunun 75-ci dəqiqəsində “Energetik”in futbolçusu Samir Əliyevlə “Bakılı”nın futbolçusu İzzətəli Süleymanov aqressiv hərəkətə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldıqları üçün futbolçular 4 oyunluq cəzalanıb, hər bir klub 400 manat cərimə olunub.
“Qaradağ Lökbatan” – “Tərəqqi” matçında “Tərəqqi”nin 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunub.
“Şəmkir” – “Qala” matçında “Şəmkir”in 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunub.
