12 dekabr 2012 00:07
17-ci turun dörd oyunu canlı yayımda
Topaz Premyer Liqasının 17-ci turunun dörd oyunu televiziya vasitəsi ilə canlı yayımlanacaq. Azerisport.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb.
Məlumatda bildirilir ki, aşağıda göstərilən oyunları azarkeşlər televiziya vasitəsilə canlı izləyə biləcəklər.
Topaz Premyer Liqası
17-ci tur
14 dekabr (cümə)
“Xəzər Lənkəran” – “Neftçi”
Lənkəran şəhər mərkəzi stadionu, 16:00 (canlı, “İdman Azərbaycan”)
15 dekabr (şənbə)
“Bakı” – “Qarabağ”
“Bakı” FK-nın təlim-məşq bazasının stadionu, 14:00 (canlı, AzTV)
16 dekabr (bazar)
“Rəvan” – “Sumqayıt”
Bayıl Arena, 16:00 (canlı, “İdman Azərbaycan”)
“Qəbələ” – “Simurq”
Qəbələ şəhər stadionu, 14:00 (canlı, “İdman Azərbaycan”)
