13 dekabr 2012 00:48
İngiltərə Liqa Kuboku: Daha bir yarımfinalçı bəlli oldu (YENİLƏNİB)
Futbol üzrə İngiltərə Liqa Kubokunda 1/4 final mərhələsinin oyunları keçirilib. Azerisport.az xəbər verir ki, bir görüşdən ibarət bu mərhələnin ilk oyun günündə iki qarşılaşma baş tutub.
“Bradford” “Arsenal”la qarşılaşıb. Qarşılaşmanın əsas və əlavə vaxtında qalib müəyyənləşməyib. Bu üzdən də penaltilərə ehtiyac duyulub. Penaltiləri daha dəqiq yerinə yetirən meydan sahibləri növbəti mərhələyə vəsiqə qazanıblar. “Norwich”in qonağı olan “Aston Villa” isə darmadağınla növbəti mərhələyə vəsiqə qazanıb.
İkinci oyun günündə bir görüş baş tutub. “Swansea” “Middlesbrough” ilə ev oyununda qələbə qazanaraq, adını yarımfinala yazdırıb.
İngiltərə Liqa Kuboku
1/4 final
11 dekabr
Bradford – Arsenal – 1:1 (penaltilərlə 3:2)
Norwich - Aston Villa – 1:4
12 dekabr
Swansea - Middlesbrough - 1:0
Bu mərhələnin daha bir oyunu (Leeds - Chelsea) dekabrın 19-da keçiriləcək.
