11 dekabr 2012 15:04

Vaqif Cavadov: Qarabağın şikayətlənməyə haqqı yoxdu

“Qarabağ” “Bakı”yla oyunun hazırlıqlarını davam etdirir. Azerisport.az xəbər verir ki, Premyer Liqanın 17-ci turunda paytaxtın eyniadlı komandasının qonağı olacaq “Qarabağ” məşqlərini Suraxanı qəsəbə stadionunda edir.
 
“Qarabağ” “zolaqlılar”la oyuna tam heyətlə hazırlaşır ki, bu da sevindirici xəbərdi. Son oyunlarda qazanılan nəticələr komandaya nikbinlik gətirib. “Kəpəz”lə baş tutan son oyunda qol vuran və bir penalti qazanan Vaqif Cavadov yaxşı idman formasıyla diqqəti cəlb edir. 23 yaşlı forvard klub saytına verdiyi açıqlamasında “Bakı”yla oyuna dəyərləndirib:
 
“Son oyunlarda “Bakı” yaxşı təsir bağışlayır. Hiss olunur ki, yeni gələn baş məşqçi öz sistemini otuzdurmağa çalışır. Bu qazanılan son nəticələrdə də özünü göstərir. Amma biz də pis vəziyyətdə deyilik. Hazırda ilk pilləni bölüşdürürük. Qazanacağımız 3 xal bizə çox lazımdı. Qış fasiləsinə nikbin yollanmaq istəyirik. “Bakı”nın meydançası yaxşı vəziyyətdədir. Bu da hər 2 tərəfin yaxşı futbol göstərməsinə imkan yaradacaq. “Bakı”yla oyunlarımız hər zaman gərgin alınır. Ötən mövsüm həm çempionatda, həm də kubokda “zolaqlı”lara məğlub olmaqla avrokuboklardan kənarda qaldıq. Elə ilk dövrədə ki oyun da maraqlı keçmişdi. Ümumiyyətlə, cari birincilikdə hər qələbənin qiyməti çox böyükdü. Qazanılacaq 1 xalın belə əhəmiyyəti hiss olunur. Belə baxanda vəziyyətimiz pis deyil. Düzdü, bəzi oyunlara baxanda fikirləşirsən ki, daha çox xal toplaya bilərdik. Amma bütün komandaların gücləndiyini və hamının xal itirdiyini görəndə şikayətlənməyə haqqımızın olmadığını görürəm. Qışa kimi “Xəzər Lənkəran”la da vacib görüşə çıxacağıq. Amma indi ancaq “Bakı”yla oyuna köklənmişik”.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.