11 dekabr 2012 16:47

Azərbaycanlı futbolçular ukraynalı menecerlərin maraq dairəsində

Ukraynanın Xarkov şəhərində fəaliyyət göstərən 90 + Futbol Agentliyinin direktoru Aleksandr Şexovtsov və direktor müavini Maksim Karaqodin Bakıda səfərdə olublar. Azerisport.az xəbər verir ki, səfər müddətində onlar Azərbaycan Premyer Liqasının oyunlarını izləyib, bəzi futbolçularımızla maraqlanıblar.
 
Bundan başqa, səfər zamanı 90+ Futbol Agentliyi ilə FİFA agenti Günel Rüstəmovanın rəhbəri olduğu Azərbaycanın GR Futbol Agentliyi arasında əməkdaşlığa dair müqavilə imzalanıb.
 
Aleksandr Şexovtsov və Maksim Karaqodin səfərləri haqda danışıblar. 90 + Futbol Agentliyinin direktoru Aleksandr Şexovtsovun sözlərinə görə, onlar Azərbaycan Premyer Liqasının 16-cı turunun “Qarabağ” – “Kəpəz” oyununu izləyiblər.
 
“Qarabağ”ın heyətində 20 yaşlı Qara Qarayevin oyunu bizim xüsusi diqqətimizi çəkdi. Belə futbolçu Avropa ölkələrinin çempionatlarında çıxış edə bilər. Birincisi, onun yaşı azdır. İkincisi, potensialı və istedadı böyükdür. “Kəpəz”lə oyunda səhvsiz oynadı. Çox soyuqqanlı futbolçudur. Qara müdafiədə bir çox komanda yoldaşını əla sığortalamağı bacardı. Açığı, bu futbolçu bizim diqqət mərkəzimizə düşdü. Gələcəkdə onunla danışıq aparmaq istəyirik. Ukrayna Premyer Liqa klublarına təklif edəcəyik”.
 
A.Şevostsov bildirir ki, Q.Qarayevlə yanaşı “Qarabağ”dan Əfran İsmayılov və Rauf Əliyevin də oyununu bəyəniblər: “Raufun 24 yaşı var.  Bu futbolçu oyuna sonradan daxil oldu. Bilirəm ki, Azərbaycan milli komandasının üzvüdür”.
 
Aleksandr Şexovtsov deyir ki, onlar transfer məsələlərində üstünlüyü əsasən gənc futbolçulara verirlər. “Düzdür, nisbətin yaşlı olan təcrübəli futbolçular da bizi maraqlandırıb. Məsələn, “Qarabağ”ın və Azərbaycan millisinin kapitanı Rəşad Sadıqovu, eləcə də “Neftçi”nin kapitanı, “İnter”ə gözəl qol vuran Rəşad Sadiqovu qeyd edə bilərəm. Onlar Ukrayna və ya Rusiya Premyer Liqasında oynamaq gücündədirlər. Əsas əlinin altında keyfiyyətli futbolçunun olmasıdır. Bu halda onları normal klublara təklif etmək olar”.
 
FİFA agenti olan ukraynalı menecerlər bildirirlər ki, yaxın vaxtlarda maraq dairələrinə düşən azərbaycanlı futbolçuların özləri ilə birbaşa danışıqlara başlamaq fikrindədirlər: “Müqavilə imzaladığımız Azərbaycanın GR Futbol Agentliyinin rəhbəri Günel Rüstəmova bizi burada təmsil edir. Azərbaycanlı futbolçularla da biz onun vasitəsilə danışıq aparırıq”.
 
“Bizim Avropa klubları ilə də əlaqələrimiz var. Söhbət təkcə Ukrayna Premyer Liqasından getmir. Biz istedadı olan gənc azərbaycanlı futbolçuları Avropaya çıxara bilərik” – deyə M.Karaqodin bildirir.
 
M.Karaqodinin sözlərinə görə, hazırda Ukraynada bir neçə tanınmış futbolçu Azərbaycanda oynamaq istəyirlər: “Biz özümüz FİFA agentiyik. Şirkətimiz isə yeni qurulub. Artıq qış fasiləsində Ukrayna və digər ölkələrdə bir neçə transferlərə vasitəçilik edəcəyik”.
 
GR Futbol Agentliyinin direktoru Günel Rüstəmova isə deyir ki, ukraynalı futbol agentləri ilə əməkdaşlıqda əsas məqsədlərdən biri də Azərbaycanın tanınmayan gənc və istedadlı futtbolçularının xarici ölkə klublarına çıxışına nail olmaqdır. “Müqavilə imzaladığımız şirkət konkret və real təşkilatdır. Onların əməkdaşlıq etdiyi, dəyəri milyonlarla dollar olan futbolçular da var. Biz istəyirik ki, Azərbaycanda ulduz olmayan gənc futbolçu yaxın illərdə öz oyunları ilə Avropada tanınsınlar” – deyə o bildirir.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.