11 dekabr 2012 16:58

Xəzər Lənkəran tarixinin 7-ci avtoqolu

“Xəzər Lənkəran” cari mövsümdə ilk dəfə rəqib komandanın futbolçusunun avtoqoluna sevinib. Azerisport.az xəbər verir ki, Topaz Premyer Liqasının XVI turunda komandamıza 1 xal gətirən bərabərlik qolunu “Simurq”un üzvü Aleksandr Şemonayev vurub. Avtoqol müəllifi olan zaqatalalı futbolçu “Xəzər Lənkəran”ın tarixinə 7-ci belə oyunçu kimi düşüb.
 
Belə ki, ona qədər 6 dəfə “Xəzər Lənkəran”ın rəqibləri avtoqol etmişdi. 8 yaşlı XL 5 dəfə çempionat, 2 dəfə kubokda belə halla üzləşib. 2007/08 və 2011/12 mövsümlərində hərəsində 2, 2006/07 və 2009/10 mövsümlərində isə indiki kimi 1 avtoqola təsadüf olunub.
 
Lakin ilk dəfədir ki, avtoqol olan oyunda “Xəzər Lənkəran” qalib gəlməyib. Əvvəlki 6 matçda komanda qələbə qazanmışdı. Lakin bu dəfə həmin qol heç-heçənin qeydə alınmasında həlledici rol oynadı.
 
“Xəzər Lənkəran”ın rəqiblərinin avtoqolları
 
2006/07 mövsümü Azərbaycan kuboku, 1/8 final
02.12.2006 Bakılı – Xəzər Lənkəran – 0:3
Anar Məmmədəliyev, 90+2-öz qapısına
 
2007/08 mövsümü Azərbaycan çempionatı
23.02.2008 Xəzər Lənkəran – Masallı - 4:1
Vaja Lomaşvili, 81-öz qapısına
 
2007/08 mövsümü Azərbaycan kuboku, 1/2 final
09.04.2008 Qəbələ - Xəzər Lənkəran - 1:3
İrakli Vaşakidze, 15-öz qapısına
 
2009/10 mövsümü Azərbaycan çempionatı
10.12.2009 Xəzər Lənkəran – Olimpik-Şüvəlan – 2:1
Abdulkadir Kamara, 63-öz qapısına
 
2011/12 mövsümü Azərbaycan çempionatı
10.09.2011 Xəzər Lənkəran – Neftçi – 1:0
Ruslan Abışov, 41-öz qapısına
 
2011/12 mövsümü Azərbaycan çempionatı
07.03.2012 Turan – Xəzər Lənkəran – 0:1
Ayxan Abbasov, 3-öz qapısına
 
2012/13 mövsümü Azərbaycan çempionatı
10.12.2012 Simurq – Xəzər Lənkəran – 2:2
Aleksandr Şemonayev, 90+4-öz qapısına.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.