12 dekabr 2012 16:54

“Uğursuzluq olsa, yığmanın məşqçilər korpusu yüz faiz dəyişdiriləcək”

Azərbaycan Futzal Federasiyasının prezidenti Zaur Axundov azerisport.az saytının suallarını cavablandırıb.
 
- Yəqin ki, Rusiya Futzal Federasiyasının prezidenti Emil Əliyevin MDB ölkələri arasında çempionat keçirmək haqda açıqlamasından xəbəriniz var...
- Bəli. Mən onunla bu haqda on gün əvvəl söhbət etmişəm. Bilirəm ki, təşkilatçılar Rusiya və Azərbaycan ilə yanaşı Ukrayna, Belarus, Qazaxıstan və Latviya klublarını da görmək istəyirlər. Amma bunlar hələ ki, sözdədi. Rəsmi açıqlama olandan sonra, biz bunu AFFA ilə də müzakirə edəcəyik.
 
- Bu ideya sizə görə nə dərəcədə məqsədəuyğundu?
- Düzünü deyim ki, çox yaxşı ideyadı. Məsələn, hokkey üzrə MDB və Baltikyanı ölkələrinin çempionatı var. Əgər futzalda da belə bir turnir təşkil olunsa, böyük faydası olacaq.
 
- Yəqin ki, son illərdə Azərbaycan çempionatında özünə layiq rəqib tapa bilməyən “Araz” üçün bu turnir göydəndüşmə olacaq...
- Bəli, bu turnir “Araz”ı daha da gücləndirə bilər. Amma bildiyimə görə, çempionatda hər ölkədən iki klubun iştirakı nəzərdə tutulub. Əgər altı ölkə qoşulsa, bu, o deməkdi ki, 12 klubdan ibarət yaxşı çempionat keçirmək olar. “Araz”la yanaşı bu çempionatda kubokun qalibi və ya çempionatın gümüş mükafatçısı çıxış edə bilər. İstənilən halda belə bir turnir keçirilsə, Azərbaycan mütləq orda iştirak edəcək.
 
- AÇ-2014-ün seçmə mərhələsinin püşkü barədə nə deyə bilərsiz?
- Bizə Slovakiya ilə Bosniya və Herseqovina rəqib olub. Daha bir rəqibimiz isə sonra məlum olacaq. Bizim hədəfimiz qrupda birinci olmaqdı. Çünki Avropa çempionatına birbaşa vəsiqə qazanmaq istəyirik. Bu alınmasa, onda ikinci yerlə pley-off oynamaq məcburiyyətində qalacağıq.
 
- Sizcə, birinci yeri tutmaq nə dərəcədə çətin olacaq?
- Rəqiblərimiz güclüdü. Amma reytinqə görə biz hamısından üstünük. Hesab edirəm ki, millimiz birinci olmağa borcludu. Komandanın qarşısına məhz bu vəzifə qoyulub. Bu yaxınlarda toplantımız oldu. Orda da qeyd olundu ki, uğursuzluq olan halda komandanın heyəti və məşqçilər korpusu yüz faiz dəyişdiriləcək.

 

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.