12 dekabr 2012 17:15
“Böyükağa Hacıyev getmək istəsə, bu variantı müzakirə edə bilərik”
“Neftçi”nin vitse-prezidenti Tahir Süleymanov komandanın baş məşqçisi Böyükağa Hacıyevin postundan getmək ehtimalını dəyərləndirib. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Neftçi” Böyükağa Hacıyevlə tarix yazıb. O, klub üçün çox iş görüb. Onun bu uğurları azərbaycanlı məşqçilərin ölkə futbolundakı roluna da təsirsiz ötüşmür. Başqa klubların onunla maraqlanmasına da şadıq. Amma Hacıyev komandamıza çox lazımdı. “Neftçi” bundan sonra da onunla işləmək istəyir. Lakin əgər özü getmək istəsə, biz bu variantı müzakirə edə bilərik. Çünki Hacıyevin ölkə xaricində çalışması yalnız Azərbaycan futboluna xeyir verə bilər”.