12 dekabr 2012 17:58
Rizvan Fərzəliyev: Araz MDB çempionatında ilk üçlüyə düşə bilər
“Araz”ın lideri Rizvan Fərzəliyev MDB ölkələrinin futzal klubları arasında çempionat keçirilməsi ideyasına münasibət bildirib. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Etiraf etməliyik ki, Azərbaycan çempionatı Rusiya və Ukrayna birinciliklərindən zəifdi. Bizim cəmi 2-3 klubumuz arasında müəyyən rəqabət var. Amma əgər MDB ölkələrinin çempionatında çıxış etsək, bu, klublarımızın inkişafına təkan verə bilər. Bu, “Araz”ın da UEFA Kubokunda daha uğurlu çıxış etməsinə səbəb ola bilər. Hesab edirəm ki, Azərbaycan çempionu həmin çempionatda ilk üçlüyə düşmək üçün mübarizə aparacaq gücdədi. Çünki elə iki il öncə UEFA Kubokunda üçüncü olmağı bacarmışdıq”.