12 dekabr 2012 18:30
Yığmamızın hazırlıq planları bəlli oldu
Futzal üzrə Azərbaycan yığması AÇ-2014-ün seçmə mərhələsinin oyunlarına hazırlıq planlarını müəyyənləşdirib. Azerisport.az xəbər verir ki, ilk mərhələdə yığmamız bir neçə gün öncə iki sınaq matçı keçirdi.
Belə ki, ikinci yığmamızla qarşılaşan Joze Alesionun komandası həmin oyunlarda 7:1 və 2:0 hesablı qələbələrə sevindi.
Yanvarın əvvəlində isə millimiz Moskvaya gedəcək. Komandamız Rusiya paytaxtında bu ölkənin klubları ilə yoxlama oyunları keçirməyi hədəfləyir. Fevralda isə yığmamız Bakıda keçiriləcək ənənəvi turnirdə qüvvəsini sınayacaq.

Qeyd edək ki, Azərbaycan yığması AÇ-2014-ün seçmə mərhələsində Bosniya və Herseqovina, eləcə də Slovakiya ilə eyni qrupda yer alıb. Komandamızın digər rəqibi isə Danimarka, Albaniya və ya Norveç olacaq.