12 dekabr 2012 19:15
Qarabağ braziliyalı hücumçunu baxışdan keçirir
“Qarabağ” baxışa yeni futbolçu çağırıb. Azerisport.az xəbər verir ki, bu, hücumçu Klaudio Alvişdi.
Sözügedən futbolçu braziliyalıdı. Onun 19 yaşı var. Alviş Ağdam klubunun düşərgəsinə bu gün qoşulub. Gənc futbolçu məşqçilər korpusu tərəfindən baxışdan keçiriləcək. Onun haqqında qərar da məhz bundan sonra veriləcək.
Qeyd edək ki, Alviş Braziliyanın üçüncü divizionunda çıxış edən “Santa-Andre”dən gəlib.
