12 dekabr 2012 11:17

Aleksandr Şoliç: Bakı üçün hələ heç nə itirilməyib

“Bakı”nın yarımmüdafiəçisi Aleksandr Şoliç azerisport.az saytının suallarını cavablandırıb.
 
- “Bakı” son oyununda Lənkəranda heç-heçə etdi. Fərqləndiyiniz həmin oyun haqda nə deyə bilərsiz?
- Lənkəranda oynamaq həmişə çətindi. Bu oyunda da istisna olmadı. Çoxlu qayda pozuntuları olurdu. Fikrimcə, biz qələbəyə daha çox layiq idik, nəinki rəqib. Hesabı da biz açmışdıq. Sadəcə, üstünlüyümüzü saxlaya bilmədik. “Xəzər Lənkəran” sadəcə uzaqdan zərbələrlə qol epizodları yaratmağa çalışırdı. Amma heç-heçənin də ədalətli nəticə olduğunu düşünürəm.
 
- Dekabrın 10-da keçirilməli olan “Turan”la qarşılaşmanın təxirə salınmasını necə qarşıladınız?
- Əlbəttə, oyunun keçirilməsini istərdik. Mən rəqibə hörmət edirəm. Güclü komandadı. Tovuzda onlar güclü oyun sərgiləyirlər. Buna baxmayaraq, oyun baş tutanda onları məğlub edəcəyimizə əminəm.
 
- “Bakı”nın indiki oyunundan razısız?
- Mənə elə gəlir ki, biz turdan-tura artırırıq. Son oyunlarda kifayət qədər yaxşı və inamlı futbol sərgiləyirik. Çoxlu qol epizodu yaradırıq. Amma az vururuq. Yəqin ki, bu da bütün hücumçularımızın sırada olmamasıyla bağlıdı. Parks zədəlidi. Verpakovski zədədən yeni qayıdıb. Komandaya vuran ayaq lazımdı. Amma hətta bunsuz da normal oynayırıq.
 
- Artıq beşinci ildi “Bakı”dasız. Hansı mövsümü daha uğurlu hesab edirsiz?
- Ən uğurlusu 2010-cu ildə alınmışdı. Hansı ki, Azərbaycan Kubokunu qazandıq. “Bakı” o vaxt çox ianmlı çıxış edirdi. Avrokuboklarda isə çox böyük şanssızlıq yaşadıq. Mənə elə gəlir ki, qarşıda bizi daha uğurlu mövsümlər gözləyir.
 
- “Neftçi”nin “İnter”lə oyununu izlədiniz?
- Bəli. Bizimkiləri həmin oyunda izləmək çox maraqlı idi. “Neftçi” həmin görüşdə hətta qələbə də qazana bilərdi. Rəşad Sadiqovun qolu daha çox yadımda qaldı. Uşaqlara əhsən!
 
- “Bakı”nın hazırda ilk altılıqdan kənarda qalmaq təhlükəsiylə üz-üzə olmasına münasibətinizi bilmək istərdik...
- Hamı bilir ki, avrokuboklara ən qısa yol kubokdan keçir. Biz bu turnirdə uğurlu çıxış etməyi çox istəyirik. Amma “Bakı” çempionatda da uğur qazanmağı hədəfləyib. Hədəflərimiz dəyişməz olaraq qalır. Düzdü, hazırda vəziyyətimiz o qədər də yaxşı deyil. Amma hələ heç nə itirilməyib. Əgər iki oyunda ardıcıl qələbə qazansaq, xeyli irəliləyə bilərik.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.