12 dekabr 2012 11:38
Bakının sabiq hücumçusu azadlığa çıxır
Futbol üzrə Gürcüstan yığmasının keçmiş hücumçusu Georgi Demetradze dekabrın 12-də amnistiya üzrə azadlığa buraxılacaq. Azerisport.az xəbər verir ki, bu barədə Gürcüstan KİV-i məlumat yayıb.
Qeyd edək ki, 36 yaşlı Demetradze 2011-ci ilin yazından həbsdədir. O, kriminal aləmlə əlaqələrinə, eləcə də gizli totalizatorda iştiraka görə 6 il müddətinə azadlıqdan məhrum edilmişdi.
Demetradze müxtəlif illərdə İspaniya, Hollandiya, Ukrayna komandalarında, eləcə də Azərbaycanın "Bakı" klubunda çıxış edib.
