12 dekabr 2012 12:52
Cüneyt Biçər: Neftçinin XL ilə oyunda uğur qazanmaq şansı daha çoxdu
“Xəzər Lənkəran”ın sabiq baş məşqçisi Cüneyt Biçər keçmiş komandasının qarşıdan gələn “Neftçi” ilə oyunundan danışıb. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Azərbaycanda çalışdığım dövrdən xatırlayıra ki, bu komandaların oyunu böyük maraqla gözlənilirdi. “Neftçi” indiyə qədər Avropa Liqasının qrup mərhələsində oynadığından çempionata lazım olan qədər diqqət ayıra bilmirdi. Bundan sonra isə fərqli olacaq. Mənə elə gəlir ki, bu oyunda qələbə “Neftçi”dən daha çox “Xəzər Lənkəran”a lazımdı. Lakin digər tərəfdən “Neftçi” də liderlərə yaxınlaşmaq istəyir. Bu üzdən də qonaqların Lənkəranda qələbə qazanmaq şansının daha çox olduğunu düşünürəm”.