12 dekabr 2012 13:52
17-ci turun hakimləri açıqlandı
Premyer Liqada çıxış edən klubların əvəzedici heyətləri arasında təşkil olunan ölkə birinciliyində 17-ci turun oyunlarına hakim təyinatları açıqlanıb. Azerisport.az həmin təyinatlarla sizi də tanış edir.
Beləliklə, 17-cu turun oyunlarını aşağıdakı hakimlər idarə edəcəklər:
Əvəzəedicilərin çempionatı
17-ci tur
13 dekabr (cümə axşamı)
“Xəzər Lənkəran” – “Neftçi”
Hakimlər: Teymur Fərhadov, Ülviyyə Mustafayeva, Maya Nəbiyeva, Etibar Həsənov
Lənkəran şəhər Olimpiya İdman Kompleksinin stadionu, 14:00
14 dekabr (cümə)
“Kəpəz” – “İnter”
Hakimlər: Feyzulla Feyzullyev, Rahin Heybətov, Teymur Teymurov, Nail Nağıyev
Gəncə şəhər stadionu, 13:00
“Bakı” – “Qarabağ”
Hakimlər: Xəlil Hüseynli, Murad Kərimov, Balabəy Ağayev, Elxan Müslümov
“Bakı” FK-nın təlim-məşq bazasının stadionu, 14:00
15 dekabr (şənbə)
“Rəvan” – “Sumqayıt”
Hakimlər: Ömər Paşayev, Vüsal Qənbərov, İsgəndər Əliyev, Camaləddin Hacıyev
Bayıl Arena, 14:00
“Qəbələ” – “Simurq”
Hakimlər: Ziya Nəsirov, Şakir Quliyev, İftixar Qəniyev, Səbuhi Bayramov
Qəbələ şəhər stadionu, 14:00
16 dekabr (bazar)
AZAL – “Turan”
Hakimlər: Mahir Məmmədov, Cavanşir Yusifov, Aleksandr Musatkin, Hacıəli Ağayev
AZAL Arena, 14:00
