12 dekabr 2012 14:36

Viktor Mendi: Simurqun XL ilə heç-heçəsi bizi çox sevindirdi

“Qəbələ”nin hücumçusu Viktor Mendi Topaz Premyer Liqasının 17-ci turunun “Simurq”la oyunu öncəsi fikirlərini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, öncə bunları dilə gətirib:

“Biz “Simurq”a qalib gələ bilərik. Doğma azarkeşlərimiz önündə “Bakı”ya məğlubiyyəti unutdurmaq üçün buna borcluyuq. Həm də üç xal bizim üçün çox vacibdi”.

Mendi bəyan edib ki, son turda “Simurq”la “Xəzər Lənkəran” arasındakı oyunun heç-heçə bitməsi onu çox sevindirib: “Bu oyunu izləyirdim. Heç-heçə bizi çox sevindirdi. Birincisi, cənublular bizə yaxınlaşa bilmədilər. İkinsi isə “Simurq” bizdən uzaqlaşa bilmədi. İndi bizə yalnız qarşıdakı oyunlarda xal itirməmək qalır. Liderlərdən cəmi iki xal geri qalırıq. İstənilən qələbə bizi üst sıraya çıxara bilər”.

Təcrübəli forvard “Sumqayıt”a qarşı keçirdikləri son oyunu da xatırlayıb: “Sumqayıt”la oyunda biz meydana yalnız qələbə üçün çıxmışdıq. Bizim üçün bir və ya 3 qolla qalib gəlməyin fərqi yox idi. Əsas o idi ki, 3 xal qazanaq. Çünki “Bakı”ya ev məğlubiyyəti bizə çox pis təsir etmişdi”.
 
Seneqallı hücumçu bu oyunda vurduğu qoldan dərhal sonra əvəzlənməsinə də münasibət bildirib: “Hələ qola qədər ayağımda bir qədər ağrı hiss etdim. Bu üzdən də əvəzlənmək məcburiyyətində qaldım. Müayinədən keçmişəm və hər şeyin qaydasında olduğunu deyiblər. “Simurq”la oyunda iştirak etmək şansım əllinin əlliyədi. Hər ehtimala qarşı ehtiyatlı olmağım lazımdı. Yüngül zədələr adətən daha ciddi fəsadlarla nəticələnir”.
 
“Qəbələ” bu ilin son oyununu Tovuzda “Turan”a qarşı keçirəcək. Mendi bu görüşdən də danışıb: “Zaqatala klubu ilə görüşdən sonra “Turan”la qarşılaşmalıyıq. Biz tovuzlulardan qisas almağa çalışacağıq. Bu komanda ilə ev oyununda xalsız qalmağımız kifayət qədər gözlənilməz olmuşdu. Bu komandanı səfərdə məğlub edib, fasiləyə yaxşı əhval-ruhiyyədə yollanmağa çalışacağıq”.

 

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.